19 mart 2026. Cümə axşamı

Avrokuboklara vəsiqə uğrunda əlimizdən gələni edəcəyik


Avrokuboklara vəsiqə uğrunda əlimizdən gələni edəcəyik

"Mövsümün əvvəlindən avrokuboklara vəsiqə qazanmaq üçün mübarizə aparırıq".

Corner.az-ın məlumatına görə, bunu "Qəbələ" klubunun braziliyalı futbolçusu Rafael Utriq ölkəsinin "Terra" nəşrinə açıqlamasında deyib.

24 yaşlı hücumçu bildirib ki, üzərlərində çox işləmələdirlər: "Bu səbəbdən üzərimizdə daha çox işləməyə davam etməliyik. Klub beynəlxalq yarışlarda iştiraka öyrəşib və ümid edirik ki, bu mövsümdə də bunu bacaracağıq".

Utriq ölkə kubokunun yarımfinalında "Qarabağ"a qarşı iki çətin matçın olacağı sözlərini də əlavə edib: "İstər Azərbaycan Kuboku, istərsə də Premyer Liqa vasitəsi ilə avrokuboka vəsiqə uğrunda əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, "Qəbələ" və "Qarabağ" komandaları arasında ölkə kubokunun yarımfinal mərhələsinin ilk qarşılaşması aprelin 20-də, cavab oyunu isə aprelin 29-da olacaq. "Qırmızı-qaralar" Premyer Liqada 20 turdan sonra 33 xalla 4-cü pillədə qərarlaşıb.







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi