12 may 2026. Çərşənbə axşamı

Qarabağ'dan ikitərəfli oyun


Qarabağ'dan ikitərəfli oyun

Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədə “Qarabağ” 2 gündür hazırlığını bərpa edib.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "köhlən atlar" hazırlığını milli komandalara getməyən 7 futbolçu - Şahruddin Məhəmmədəliyev, Luka Quqeşaşvili, Kevin Medina, Abdullah Zubir, Kadi Borges, İsmayıl İbrahimli, İbrahima Vadji və "Qarabağ-2"dən heyətə cəlb edilən futbolçularla davam etdirir.

Bu gün hazırlıq çərçivəsində "Azersun Arena"da ikitərəfli oyun baş tutub. Əsas komanda əvəzedici heyətdən dəvət olunmuş futbolçulardan ibarət qarışıq heyətlə "Qarabağ-2"yə qarşı oynayıb və 7:1 hesabı ilə qalib gəlib. Qolları Kadi Borges (2), İbrahima Vadji, Abdullah Zubir (2), Seyxan Fərəcov və Mehdi Tahirov vurublar. Əvəzedici heyətin qolunun müəllifi isə U-19 komandasından dəvət edilmiş Bəhram Köçərli olub.

Komandalar oyuna bu heyətlə başlayıblar:

"Qarabağ": Şahruddin Məhəmmədəliyev, Kevin Medina, Tolqar Yaqubov, Mehdi Tahirov, Sultan Mustafayev, Əli Nəcəfli, İsmayıl İbrahimli, Kadi Borges, Abdullah Zubir, İbrahima Vadji, Seyxan Fərəcov

"Qarabağ-2": Luka Quqeşaşvili, İbrahim Hüseynov, Rauf Hüseynli, Vasif Fərəcov, Elmir Abbasov, Hüseyn Əliyev, Ruslan Bayramov, Musa Musazadə, Nurlan Şabanov, Emil Abbasov, Mirmövsüm Caniyev.







Misli Premyer liqa

Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 12:12 11.05.2026
Premyer Liqada 200-cü oyun
Mövsümdə 2-ci dəfə
  • Misli Premyer liqa
  • 11:57 11.05.2026
Mövsümdə 2-ci dəfə
İkinci ispaniyalı
  • Misli Premyer liqa
  • 11:52 11.05.2026
İkinci ispaniyalı
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
  • Misli Premyer liqa
  • 11:46 11.05.2026
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
“Neftçi” “Şamaxı”ya şans vermədi
  • Misli Premyer liqa
  • 22:34 10.05.2026
“Neftçi” “Şamaxı”ya şans vermədi