Azərbaycan I Divizionunda 19-cu tura yekun vurulub.
Corner.az xəbər verir ki, MOİK – “Sabah-2” matçında qapılara qol vurulmayıb. “Turan Tovuz”un “Qarabağ”ın əvəzediciləri ilə qarşılaşıb və dörd qolluq oyununda da qalib müəyyənləşməyib. “Keşlə”nin əvəzediciləri “Sumqayıt”ın ikinci komandasını, “Neftçi”nin əvəzediciləri isə “Kəpəz”i məğlub edib.
I Divizion
19-cu tur
30 mart
Zirə-2 – Qəbələ-2 0:1
Qol: Xəyal Səmədov, 70.
Hakimlər: Əli Əliyev, Asiman Əzizli, Elmin Süleymanov, Səbuhi Bayramov
“ASK Arena”, 15:00
Səbail-2 – Qaradağ Lökbatan 1:2
Qol: Vidadi Cəfərov, 76-pen – Sabir Allahquliyev, 70; 80.
Hakimlər: İnqilab Məmmədov, Səbuhi Soltanov, Tərlan Talıbzadə, Namiq Bəkirov
“ASCO Arena”, 15:00
1 aprel
MOİK – Sabah-2 0:0
Hakimlər: Rəvan Həmzəzadə, Rahil Ramazanov, Elman Kərimov, Rövşən Rəcəbov
Binə qəsəbə stadionu, 14:30
Turan Tovuz – Qarabağ-2 2:2
Qol: Sadiq Şəfiyev, 4. Faiq Hacıyev, 90+2 – Ruslan Bayramov, 11. Seyxan Fərəcov, 86.
Hakimlər: Nicat İsmayıllı, Teymur Teymurov, Ruslan Quliyev, Emin Əliyev
Tovuz şəhər stadionu, 14:30
Keşlə-2 – Sumqayıt-2 2:0
Qol: Emin Quliyev, 44. Samir Abdullayev, 81.
Hakimlər: Cavid Cəlilov, Zöhrab Abbasov, Kərim Zeynalov, Rəşad Əhmədov
“ASK Arena”, 15:00
Neftçi-2 – Kəpəz 2:0
Qol: Nihad Qurbanlı, 61; 64.
Hakimlər: Elvin Bayramov, Cəmil Quliyev, Şirmamed Mamedov, Tural Qurbanov
“Neftçi”nin bazası (4-cü meydança), 15:00