25 oktyabr 2024. Cümə

Onların yenidən formaya düşməsi üçün vaxt lazımdır


Onların yenidən formaya düşməsi üçün vaxt lazımdır
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində "Səbail"ə qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, 5:1 hesabı ilə qalib gəldikləri matçdan sonra bunları söyləyib:
 
“Matçın erkən saatlarda olması sürəti aşağı sala bilər, amma layiqli qələbə qazandıq. Futbolçularımı təbrik edirəm. Hər mövsüm qarşımıza yüksək hədəflər qoyuruq. Belədə bütün matçlara qələbə hissi ilə çıxırıq. Hazırda çempionluq üçün lazım olan 13 xalı düşünmürük. Oyunumuzu yaxşılaşdırmaq barədə fikirləşməliyik".
 
Qurbanov görüşdən öncə bir az narahatlıq keçirdiyini söyləyib: "Fotbolçularım çoxdandır birlikdə deyildilər, ayrı-ayrı ölkələrin yığmasında idilər. Sevindirici haldır ki, hər şey qaydasında oldu. Amma oyunçular yığmanın düşərgəsinə yollanmamışdan öncə daha yaxşı durumda idilər. Hər bir halda problemlər, narahatlıq var idi. Bəzi oyunçuların yorğunluğu, idman formasından uzaqlaşması bizi düşündürürdü. Bir neçə məşq buraxmışdılar. Onların yenidən formaya düşməsi üçün vaxt lazım olacaq".
 
Təcrübəli baş məşqçisi bu oyunda dubl edən Leandro Andradenin çıxışını da toxunub: "Hər şey yaxşılığa doğru gedir. Futbolçularla ünsiyyəti, münasibəti yaxşıdır. Bu, vacib amildir. Bacarığı oyun üslubumuza uyğundur. Şanslardan yaxşı istfadə edə bilir. Potensialı böyükdür. Xarakter olaraq daha da böyüməlidir. Ümid edirik ki, bizim üçün daha faydalı olacaq".






Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir