25 oktyabr 2024. Cümə

Qarabağ hazırda ən yaxşı formada olan komandadır


Qarabağ hazırda ən yaxşı formada olan komandadır
"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, 1:5 hesabı ilə uduzduqları matçı belə şərh edib:
 
"Qarabağ"a qarşı mübarizə aparmaq çətin idi. Matç rəqibin üstünlüyü şəraitində keçdi. Bu gün əsasən səhvsiz oynamaq istəyirdik. Rəqib cari mövsüm yeganə məğlubiyyəti bizdən alıb. Amma həmin dövrlə indiki arasında fərq var. Həm rəqib tamamilə çempionata köklənib, həm də bizdə zədəlilər çoxdur. "Qarabağ" hazırda ən yaxşı formada olan komandadır.
 
Buraxılan erkən qol böyükhesablı məğlubiyyətə gətirib çıxardı. "Qarabağ" bundan əvvəlki görüşlərdə də bu cür qələbələr əldə edib. Amma bunlar bəhanə deyil. Hazırda bizi düşündürən komandanın növbəti mövsümə daha yaxşı hazırlaşmasıdır. Bu barədə düşünməliyik. Hər oyun heyətimizdə kifayət qədər dəyişikliklər olur. Meydanda hər oyunçunu görmək istəyirik. Pozitiv nəsə demək çətindir. Məğlubiyyət bizi üzür. Qarşıda daha bir dövrə var. Turnir cədvəlində bizə yaxın rəqib "Sumqayıt"dır. Rəqabətdən geri qalmamağa çalışacağıq. Ən azından sonuncu pillədən qurtulmağa çalışacağıq".
 
O, "Səbail"dən heç bir futbolçunun Azərbaycan millisinə dəvət almamasını da dəyərləndirib: "Hazırda yığmanın əsasını ilk "dördlük"də qərarlaşmış komandaların oyunçuları təşkil edir. Bu baxımdan heç kimin çağırılmaması normaldır. Komandamızdan kimlərin milliyə layiq olub-olmadığını açıqlamaq istəmirəm. Amma orada çox futbolçu ilə təmsil olunmaq istərdik".






Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir