9 avqust 2026. Bazar günü

Qəbələ Keşlə'ylə, Neftçi Zirə'ylə sülh bağladı


Qəbələ Keşlə'ylə, Neftçi Zirə'ylə sülh bağladı

Bu gün Azərbaycan Premyer Liqasında 21-ci tura yekun vurulub. Corner.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutub.

Əvvəlcə “Qəbələ” doğma meydanda “Keşlə” ilə üz-üzə gəlib. Bu görüşdə tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.

Turun qapanış matçında isə lider “Qarabağ”ın iki əsas izləyicisi olan  “Neftçi” və “Zirə” komandaları qarşılaşıb. Bu görüşdə də “Neftçi” “Zirə”yə məğlubiyyətdən son dəqiqədə xilas ola bilib.

İlk oyun günündə “Qarabağ” doğma meydanda “Səbail”ə 5:1 qalib gəlibsə, “Sabah” “Sumqayıt”ı səfərdə 3:0 hesabıyla yenib.

Azərbaycan Premyer Liqası
21-ci tur
3 aprel

“Qəbələ” – “Keşlə” 1:1
Qol: O.Hani, 47 – M.Giqauri, 32.
Qırmızı vərəqə: T.Quliyev, 51.
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Kamran Bayramov, Namiq Bəkirov.
Qəbələ şəhər stadionu, 15:00.

“Neftçi” – “Zirə” 1:1
Qol: T.Bezerra, 90+6-pen – A.Ayzaya, 88.
Qırmızı vərəqə: E.İsrafilov, 77 (ikinci sarı) – C.Diniyev, 59 (ikinci sarı).
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.
Bakı. “Bakcell Arena”, 17:15.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı