12 may 2026. Çərşənbə axşamı

Bacardığımız qədər gənclərə şans verməyə davam edəcəyik


Bacardığımız qədər gənclərə şans verməyə davam edəcəyik
“Qarabağ”ın əvəzedici komandasının baş məşqçisi Cavad Mirzəbəyli Birinci Divizionun 20-ci turunda “Səbail”in ikinci komandasına qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, o, 4:0 hesabıyla qalib gəldikləri matçdan sonra klubun rəsmi saytına açıqlamasında bunları söyləyib:
 
“Futbolçularımı təbrik edirəm. Layiqli qələbə qazandıq. Ötən oyunlarla müqayisədə, bu dəfə fürsətlərimizi qola çevirdik. Oyunçular matça ciddi yanaşırdı. Bacardığımız qədər gənclərə şans verib, güvənməyə davam edəcəyik. İbrahim Ağayarov üçün də xüsusi qarşılaşma oldu. Bu matçda debüt etdi və qol vurmağı bacardı. Onu komandaya bir müddət əvvəl akademiyamızdan dəvət etmişik. Potensialına və bacarığına bələdik. İbrahim özünü bu matça girən kimi rahat hiss etdi və qol vurmağa müvəffəq oldu. İstəyimiz budur ki, İbrahim kimi gənclərə şans verməkdə davam edək. Növbəti mövsümdə də məqsədimiz budur ki, akademiyadan gənc oyunçuları komandamıza dəvət edək”.






Misli Premyer liqa

Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 12:12 11.05.2026
Premyer Liqada 200-cü oyun
Mövsümdə 2-ci dəfə
  • Misli Premyer liqa
  • 11:57 11.05.2026
Mövsümdə 2-ci dəfə
İkinci ispaniyalı
  • Misli Premyer liqa
  • 11:52 11.05.2026
İkinci ispaniyalı
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
  • Misli Premyer liqa
  • 11:46 11.05.2026
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
“Neftçi” “Şamaxı”ya şans vermədi
  • Misli Premyer liqa
  • 22:34 10.05.2026
“Neftçi” “Şamaxı”ya şans vermədi