19 avqust 2026. Çərşənbə

Vüqar Mustafayev “75”-ə çatdı


Vüqar Mustafayev “75”-ə çatdı

Vüqar Mustafayev “Zirə”nin heyətində 75-ci çempionat oyununu keçirib.

Corner.az xəbər verir ki, bu, Topaz Premyer Liqasının XXV turuna təsadüf edib. “Qəbələ”ylə səfər matçına (1:2) start heyətində çıxan futbolçu yubiley görüşünün iştirakçısı olub. 26 yaşlı yarımmüdafiəçi “qartallar”ın heyətində Premyer Liqada 75 və daha çox oyun keçirən 4-cü futbolçudur. Yalnız üç oyunçu – Adil Nağıyev (83), Viktor İqbekoyi (81) və Anar Nəzirovdan (81) geri qalan Mustafayevin hesabında 1 qol var.

2016-cı il yanvarın 31-də keçirilən “İnter”lə ev oyununda (2:1) debüt edən müdafiəçi 2015/16 mövsümündə 14, növbəti çempionatda 24 dəfə meydana çıxıb.2017/18 mövsümündə 26 qarşılaşmanın iştirakçısı olan Vüqar cari çempionatda 11 dəfə şans qazanıb.







Misli Premyer liqa

“Sumqayıt”ın futbolçusu əməliyyat olunub
  • Misli Premyer liqa
  • 14:17 17.08.2026
“Sumqayıt”ın futbolçusu əməliyyat olunub
Abdullah Zubir “Qarabağ”dan ayrıldı
  • Misli Premyer liqa
  • 12:37 16.08.2026
Abdullah Zubir “Qarabağ”dan ayrıldı
“Sabah” “Kəpəz”i məğlub etdi
  • Misli Premyer liqa
  • 22:51 15.08.2026
“Sabah” “Kəpəz”i məğlub etdi