12 may 2026. Çərşənbə axşamı

Çempionat oyunlarına elə də fanat gəlmir


Çempionat oyunlarına elə də fanat gəlmir

"Xalı yalnız millinin oyunlarından sonra itirmirik, digər vaxtlarda da olur. Milliyə görə uduzduğumuzu demək düzgün deyil".

Corner.az xəbər verir ki, bunu "Neftçi"nin kapitanı Emin Mahmudov "Zirə" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXI tur oyunu barədə danışarkən deyib.

29 yaşlı yarımmüdafiəçi bildirib ki, Ramazan ayı komandaya problem yaratmır: "Ötən ildə də oruc tutub, futbol oynayırdıq. Sadəcə, son oyunumuz alınmadı. Danışılası heç nə yoxdur. Bəlkə də yığmanın oyunlarından yeni gəldiyimizə görə yaxşı oynaya bilmədik. Komanda ilə bir dəfə məşq etmişdik. Oyunumuz bu səbəbdən alınmadı".

Təcrübəli futbolçu 22-ci turda "Şamaxı" ilə səfər qarşılaşmasında qələbə qazanmağa çalışacaqlarını bildirib: "Motivasiyamız normaldır, qələbə qazanmağa çalışacağıq. Şamaxıya ilk dəfə gedirik, meydanın necə olduğunu bilmirik. Ancaq qələbə haqqında düşünürük. Qarşılaşmaya çox azarkeş gəlsə, sevinərik. Çempionat oyunlarına elə də fanat gəlmir. Amma ümid edirəm ki, bu bölgədəki matçlara daha çox tərəfdar gələcək".

 Mahmudov cəza səbəbindən görüşü buraxan Eddi İsrafilovun mövqeyində oynamağa hazır olduğunu söyləyib: "Müxtəlif vaxtlarda - daha çox Rusiyada 6 nömrə mövqeyində çıxış etmişəm. Lazım olsa, məşqçilər hansı mövqeyə qoysalar, orada da oynayacağam".

Braziliyalı hücumçu Ramon Maçado "Qəbələ" ilə 20-ci tur oyununda zədələndiyinə toxunub: "Oyunda ağır zədə almışdım və bu səbəbdən, tezliklə qayıtmaq çətin idi. Bu gün zədədən sonra komanda ilə ikinci məşqimə çıxdım. Yoldaşlarıma kömək edə bilmədiyimə görə hirslənirdim. Amma oyunlarda komandanın yanında idim və dəstək olurdum. "Zirə" ilə görüş 1:1 hesabı ilə bitsə də, üzülmürük. Növbəti görüşlərə baxacağıq".

Qeyd edək ki, aprelin 9-da Şamaxı şəhər stadionunda keçiriləcək oyun saat 14:00-da başlanacaq.







Misli Premyer liqa

Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 12:12 11.05.2026
Premyer Liqada 200-cü oyun
Mövsümdə 2-ci dəfə
  • Misli Premyer liqa
  • 11:57 11.05.2026
Mövsümdə 2-ci dəfə
İkinci ispaniyalı
  • Misli Premyer liqa
  • 11:52 11.05.2026
İkinci ispaniyalı
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
  • Misli Premyer liqa
  • 11:46 11.05.2026
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
“Neftçi” “Şamaxı”ya şans vermədi
  • Misli Premyer liqa
  • 22:34 10.05.2026
“Neftçi” “Şamaxı”ya şans vermədi