21 aprel 2026. Çərşənbə axşamı

Kanenin agenti ilə danışmışam – Kamran Quliyev


Kanenin agenti ilə danışmışam – Kamran Quliyev
Bir müddət öncə yerli mətbuatda “Neftçi”nin keçmiş futbolçusu Mamadu Kanenin yenidən kluba qayıdacağı ilə bağlı məlumatlar yayılıb. Corner.az xəbər verir ki, klubun prezidenti Kamran Quliyev bu barədə yayılan xəbərlərin doğru olmadığını söyləyib:
 
“İnanırsız, dünən Kanenin agenti ilə danışmışam. “Neftçi” üçün çalışan, iz qoyub gedən futbolçuların agentləri ilə mütəmadi olaraq danışıram. Vəziyyətləri necədir deyə, soruşuram. Bizim üçün prioritet nədir, bilirsiz? Buradan gedən futbolçu daha üst çempionata, daha güclü kluba getsin və orada ən azı ya o səviyyədə qalıb davam etsin, ya da yuxarı səviyyəyə qalxsın.
 
Kanenin qayıdacağına isə inanmıram. Dediyim kimi, agenti ilə də danışmışam. Bildiyim qədəriylə “Olimpiakos”un baş məşqçisi də Kaneyə etibar edir. Belə məsələ gündəmdə olsaydı, bizə ən azı zəng edərdilər ki, Kaneni yayda icarəyə vermək istəyirik. Bu barədə bizə müraciət olmayıb”.
 
2019-cu ilin yanvarından bu ilin əvvəlinə qədər “Neftçi”də çıxış edən Mamadu Kane cari mövsümün ilk yarısında Premyer Liqada 11 oyun keçirib, 1 qol vurub. O, hazırda Yunanıstanın “Olimpiakos” klubunda forma geyinir. (komanda.az)






Misli Premyer liqa

Premyer Liqada son 10 mövsümün rekordu
  • Misli Premyer liqa
  • 11:48 20.04.2026
Premyer Liqada son 10 mövsümün rekordu
100-cü sülh
  • Misli Premyer liqa
  • 11:04 20.04.2026
100-cü sülh
25-ci səfər qələbəsi, 10-cu böyük hesab
  • Misli Premyer liqa
  • 10:43 20.04.2026
25-ci səfər qələbəsi, 10-cu böyük hesab
“Səhvlərə göz yummaq olmaz”
  • Misli Premyer liqa
  • 22:52 18.04.2026
“Səhvlərə göz yummaq olmaz”