9 avqust 2026. Bazar günü

Millimizin 2 sabiq üzvü karyerasını başa vurdu, Rəhman tarixə düşdü


Millimizin 2 sabiq üzvü karyerasını başa vurdu, Rəhman tarixə düşdü
Azərbaycan millisinin keçmiş iki futbolçusu – Rail Məlikov (36 yaş) və Ruslan Əmircanov (37 yaş) futbolçu karyeralarını başa vurublar. Corner.az xəbər verir ki, “Şamaxı”nın (keçmiş “Keşlə”) oyunçuları komandalarının Premyer Liqanın 22-ci turunun “Neftçi” ilə Şamaxıda keçirilən oyunundan əvvəl futbolla vidalaşıblar.
 
“Şamaxı” klubunun rəhbəri Zaur Axundov oyundan əvvəl hər iki futbolçuya xatirə formaları hədiyyə edib.
 
Məlikov və Əmircanov bir müddətdir B kateqoriyası üzrə məşqçilik kurslarında iştirak edirlər.
 
Bu komandanın digər üzvü Rəhman Hacıyev isə “Şamaxı” klubunun tarixinə düşüb. O, klubun tarixinə yeni ad altında ilk qolun müəllifi kimi adını yazdırıb. Hacıyev Şamaxının eyniadlı komandasının “Neftçi”ylə matçında fərqlənib. 11-ci dəqiqədə cərimə zərbəsindən fərqlənən Rəhman bu şəhərdə 30 ildən sonra vurulan ilk qola imza atıb.
 
“Şamaxı”ya kimi komanda “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını daşıyıb.
 
Xatırladaq ki, Şamaxını 1992-ci ildə “Şirvan” komandası təmsil edib.






Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı