9 avqust 2026. Bazar günü

Portuqaliyalı futbolçunun Neftçi'dən ayrılma səbəbi bilindi


Portuqaliyalı futbolçunun Neftçi'dən ayrılma səbəbi bilindi

"Neftçi"nin baş məşqçisi Samir Abasov futbolçu Huqo Bastonun komandadan ayrılma səbəbini açıqlayıb.

Corner.az-ın məlumatına görə, 43 yaşlı mütəxəssis 29 yaşlı portuqaliyalı müdafiəçi daim oynamaq istədiyini bildirsə də, meydanda özünü yetərincə göstərməməsi ilə əlaqləndirib: "Basto ilə oturub-danışdıq. O, həmişə oynamaq istəyirdi. Amma mən nə görürdüm? Görürdüm ki, bu, dildədir. İstəyini dilə gətirir, amma göstərdiyi çabalar yetərli deyil. Bunu özünə də başa salırdım. Buradakı durum onu məmnun etmədi. Biz də vəziyyəti necə gördüyümüzü qarşılıqlı şəkildə bir-birimizə izah etdik. Mən dedim ki, hazırkı durumda və bu gedişlə burada oynamayacaqsan. Basto isə bu durumun ona sərf etmədiyini, gedişatdan razı olmadığını bildirdi və çıxıb getdi".

Qeyd edək ki, Huqo Basto 2021-ci il iyulun 17-də "Neftçi" ilə iki mövsümlük müqavilə bağlamışdı.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı