9 avqust 2026. Bazar günü

Tərəflər bir-birinə güzəştə getmirdi - Murad Musayev


Tərəflər bir-birinə güzəştə getmirdi - Murad Musayev
Premyer Liqanın XXII turunun "Sabah" - "Zirə" matçından (3:1) sonra meydan sahibi komandanın baş məşqçisi Murad Musayev jurnalistlərin suallarını cavablandırdı. Corner.az xəbər verir ki, o, əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:
 
- Parlaq oyun alındı. Emosialar çox idi. Tərəflər bir-birinə güzəştə getmirdi. Həqiqətən komanda olduğumuzu göstərdik. Əlimizdən gələni edərək, çalışaraq qələbə qazandıq.
 
- Avrokubok perspektivini real sayırsız?
- Bu dəqiqə nəyisə dəyərləndirmək istəmirəm. Hər oyuna final kimi yanaşmaq lazımdır. Mayın 21-də xalları saymaq lazımdır. Məşqlərimizə köklənməliyik. Məqsədimiz hər gün daha yaxşı olmalıyıq.
 
- Növbəti tur "Neftçi" ilə oyun var. Futbolçuları necə hazırlayacaqsız?
- Əlbəttə, çətin oyun olacaq. Maraqlı oyun gözləyirəm. Bu komanda ilə matçlar xoşuma gəlir. Oyunlar nə qədər çətin olursa, bu qədər də maraqlı olur.
 
- Qapıçı Yusif İmanovun oyununu şərh edərdiz.
- Yusif şanslarından yaxşı istifadə etdi. Növbəti oyun qapıda kimin olacağını demək çətindir. Hazırda fikrimcə, bu gün meydana çıxan optimal heyətimiz idi. Səlahət Yusifə çox kömək edir. Qarşıda məşq prosesləri çoxdur. Oyuna yaxın qərar verəcəyik.
 






Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı