9 may 2026. Şənbə

Qurban Qurbanov: Arxayınlıq hiss etmirik


Qurban Qurbanov: Arxayınlıq hiss etmirik
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, 3:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Sumqayıta böyük istək və ehtiyatla gəlirik. Rəqibimizin son 6 oyunda qələbəsi yox idi. Gözləyirdik ki, istəksiz olarlar. Amma ilk dəqiqələrdən əksini gördük. Sonadək yaxşı dinamika, istək oldu. “Sumqayıt”ın özəl azarkeşləri var. Oyuna maraq gətirdilər.
 
Əsas izləyicilərimizlə xal fərqinə baxmayaraq, futbolçularda rahatlaşma hiss etmirik. Daha da istəkli olur, ciddi hazırlaşırıq. Qarşıdakı oyunlarda da inanıram ki, belə halla rastlaşmarıq. Yaxşı idman forması yığırıqsa, onu qorumaq və daha da yaxşılaşdırmaq lazımdır".
 
Qurbanov Azərbaycan millisinə rəhbərlik edən Canni De Byazinin yığma haqqında səsləndirdiyi fikirlərə də münasibət bildirib: "Bu, mənə aid olmayan məsələdir. Hər bir komanda, hər bir kollektivin daxili qaydaları var. Hərəsinin özünə cavabdeh olan insanlar var. Söhbətin içində deyiləm. Heç bir fikir bildirməyəcəyəm. Dəfələrlə futbolçularıma bildirmişəm ki, buradakından da intizamlı olsunlar. Onlara tam inanıram”.






Misli Premyer liqa

“Kəpəz” səfərdə çempionu məğlub etdi
  • Misli Premyer liqa
  • 23:14 08.05.2026
“Kəpəz” səfərdə çempionu məğlub etdi
“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi