9 avqust 2026. Bazar günü

Rəqibdən hərtərəfli üstün olduq


Rəqibdən hərtərəfli üstün olduq
"Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, o, 3:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Çoxdandır qələbə qazanmaq istəyirdik. Futbolçularım meydanda rəqibdən hərtərəfli üstün oldular. Kifayət qədər qol epizodları yaratdıq. Hər iki hissədə rəqibi topsuz qoyduq. Sevindiricidir ki, düşündüyümüz oyun alındı. Qol buraxmadan qələbə qazanmaq istəyirdik. Bunu bacardığımız üçün ikiqat sevincliyik. Hər iki komandanın azarkeşləri oyunu gözəlləşdirdi. 
 
“Qəbələ” bu yerlərə elə-belə gəlib çıxmayıb. Bu gün qalib gəlsək də, rəqibin təzyiqi daim hiss olunurdu. Fərdi keyfiyyətləri yüksək olan futbolçuları ilə qapımız qarşısında qol epizodları yaradırdılar. Amma həm müdafiədə, həm də hücumda yaxşı oynadıq. Bir-birindən gözəl qollar vurduq. Belə oyunlar üçün hər komandada rəqabətin olması önəmlidir. Sabit heyətlə çıxa bilmədiyimiz matçlarda xallar itirdik. Amma hər oyunda futbolçularımızın istədiyimiz şeyləri etməyə çalışdıqlarını görürdük. Sadəcə, bunu nəticəyə çevirmək çətin olurdu. Bu gün onu da bacardılar”.






Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı