19 mart 2026. Cümə axşamı

Premyer Liqada 100-cü, evdə 50-ci


Premyer Liqada 100-cü, evdə 50-ci
Premyer Liqanın XXII turunda “Qəbələ” ilə qarşılaşan “Səbail”in oyundakı  üçüncü qolu ikiqat yubileylə əlamətdar olub. Corner.az xəbər verir ki, bu topa İbrahim Aslanlı imza atıb. Onun 73-cü dəqiqədə vurduğu qol klub tarixinə Premyer Liqada ümumilikdə 100-cü, evdə 50-ci qol kimi düşüb.

Paytaxt təmsilçisi “100”ə 126-cı oyunda çatıb. Evdəki 50-ci topu 64-cü matçına təsadüf edən bakılılar digər 50 qolu səfərdə vurub.
3:0 hesabı ilə qalib gələn “Səbail” 6 oyunluq məğlubiyyət və 13 matçlıq qələbəsizlik seriyalarına son qoyub. Aftandil Hacıyevin yetirmələri sonuncu dəfə ötən il oktyabrın 25-də üç xal qazanıb. 167 gün əvvəl paytaxt təmsilçisi “Qarabağ”ı 3:1 hesabı ilə məğlub edib.
 
Bu qələbə Hacıyevin baş məşqçi karyerasında yubiley xarakteri daşıyıb. Onun rəhbərliyi altında ümumilikdə 110-cu oyuna çıxan “Səbail” 30-cu dəfə qalib gəlib.






Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi