9 avqust 2026. Bazar günü

Sabah'da yubiley və rekordlar


Sabah'da yubiley və rekordlar
Premyer Liqanın XXII turu “Sabah” üçün yubiley və rekordlarla əlamətdar olub. Corner.az xəbər verir ki, “Zirə” ilə ev oyununda 3:1 hesabı ilə qalib gələn komanda ölkə çempionatının yüksək dəstəsində öz meydanında 50-ci qola imza atıb. Yubiley qolunu Lukas Rangel vurub. Paytaxt təmsilçisi daha iki topla bu rəqəmi 52-yə çatdırıb.
 
“Sabah”ın ikinci qolunun müəllifi Coy-Lens Mikels mövsümdə 9-cu qolunu vurub. O, klub tarixinə bir mövsümdə ən çox qol vuran futbolçu kimi düşüb. Mikels 2018/19 mövsümündə 8 dəfə fərqlənən Marko Deviçi arxada qoyub.
 
Coy-Lens həm də klub tarixinin Premyer Liqadakı ən məhsuldar futbolçusu adına şərik çıxıb. O, 9 qol vuran Deviçə çatıb. Serb əsilli ukraynalı 2018/19 mövsümündə 8, növbəti çempionatda 1 dəfə qola sevinib.
 
“Sabah” Premyer Liqada bir mövsümə topladığı xal sayında da yeni rekord vurub. Ötən mövsümdə 29 xal yığan bakılıların aktivində artıq 32 xal var.






Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı