2 avqust 2026. Bazar günü

Zaqatala'dan evdə, liderdən səfərdə darmadağın


Zaqatala'dan evdə, liderdən səfərdə darmadağın
Azərbaycan I Divizionunda XXI turun oyunlarına start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
 
“Zaqatala” doğma meydanda “Qəbələ”nin ikinci komandasını qəbul edib və darmadağınla qalib gəlib. “Qarabağ”la “Zirə”nin əvəzedicilərinin oyununda qapılara qol vurulmayıb.
 
MOİK – “Qaradağ Lökbatan” matçı digər oyunlar kimi saat 15:00-da başlamalı olsa da, təcili tibbi yardım maşınının gecikməsi üzündən gec start başlayıb. Bu görüşdə isə lider darmadağınla qələbə qazanıb.

 
I Divizion
XXI tur
 
12 aprel
 
Zaqatala – Qəbələ-2 5:1
Qol: Mahmud Məmmədov, 33. Kənan Müslümov, 51. Əsədulla Heydərov, 61. İbrahim Camalov, 77. Hümbət Ələkbərov, 80 – Aqil Nəsibov, 37.
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rəşad Əhmədov
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:00
 
MOİK – Qaradağ Lökbatan 0:5
Qol: Ürfan İsmayılov, 23. Sabir Allahquliyev, 80-pen; 84-pen. Həbib İsmayılov, 86. Elnur Səmədov, 87.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Teymur Teymurov, Nicat İsmayıllı
Binə qəsəbə stadionu, 15:00
 
Zirə-2 – Qarabağ-2 0:0
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Şirmamed Mamedov, Kamranbəy Rəhimov
“ASK Arena”, 15:00






Misli Premyer liqa

"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı