6 noyabr 2026. Cümə

Neftçi Sabah'la oyunun hazırlığına başladı


Neftçi Sabah'la oyunun hazırlığına başladı
“Neftçi” Premyer Liqanın 23-cü turunda qarşılaşacağı “Sabah”la matçın hazırlığına start verib. Corner.az xəbər verir ki, “Şamaxı” ilə oyunun ertəsi bərpa məşqi edən ağ-qaralar birgünlük fasilədən sonra ötən gün hazırlığa başlayıb. 
 
“Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan məşqdə əsasən toplu çalışmalar icra olunub.
 
Qeyd edək ki, “Neftçi” – “Sabah” matçı aprelin 16-sı saat 20:30-da “Bakcell Arena”da keçiriləcək.






Misli Premyer liqa