25 oktyabr 2024. Cümə

Rəşad Sadıqov: Həyatımın sonuna qədər ona minnətdar olacağam


Rəşad Sadıqov: Həyatımın sonuna qədər ona minnətdar olacağam
“Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqov bu gün 50 illik yubileyini qeyd edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov haqda fikirlərini bildirib. Uzun illər Qurban Qurbanovla çiyin-çiyinə çalışan, onun həm komanda yoldaşı və futbolçusu olmuş Rəşad Sadıqov bildirib ki, onun futbolçu kimi formalaşmağında Qurban Qurbanovun çox böyük əməyi olub: “Tək mən yox, son 10 ildə Azərbaycan futbolunda milli səviyyəsinə qədər yetişən, istər daxili, istərsə də beynəlxalq arenada futbolumuzu layiqincə təmsil edən oyunçuların 80-90 faizini ya Qurban müəllim yetişdirib, ya da formalaşdırıb. Futbolçuda perspektiv, potensial ola bilər. Amma bir futbolçunun formalaşması üçün mütləq savadlı, can yandıran bir məşqçisi olmalıdır.
 
Mənim də bəxtim gətirdi ki, 26-27 yaşımdan sonra Qurban müəllimin baş məşqçiliyi altında oynamağa başladım. Onun rəhbərliyi altında oynayandan sonra həqiqətən də özümdə inkişaf hiss etdim. Futbola yanaşmamda da, şəxsi həyatımda da bir çox dəyişikliklər baş verdi. O, futbolçuya təkcə futbol oynamağı yox, hətta düzgün həyat yaşamağı öyrədir. O, həmişə öyrədir, istiqamət verir. Mən məşqçiliyi isə tam sıfırdan Qurban Qurbanovdan öyrənmişəm. Bundan sonra da məşqçi kimi hər hansı bir uğur qazansam, bu, birbaşa Qurban müəllimin əməyi olacaq. Mən həyatımın sonuna qədər ona minnətdar olacağam. O, mənim uğurlu futbolçu karyerası yaşamağıma kömək etdi, həm də məşqçilik peşəsinin sirlərini öyrətdi. İnanıram ki, mən də onun üzərimdə çəkdiyi əziyyəti boşa çıxarmayacağam. Yəqin hamı mənimlə razılaşar ki, son 10 ildə Azərbaycan futbolunun yükünün əsas hissəsini daşıyan şəxs Qurban Qurbanovdur. Onun “Qarabağ”da qurduğu komanda, gördüyü iş, verdiyi nəticələr yalnız Azərbaycanda deyil, bütün dünyada danışılır. Qurban müəllim komandada inkişaf yolunu davam etdirir. Uzun illər boyu stabil və uğurlu iş görmək bir məşqçi üçün çox çətindir. Daimi komandanı motivasiyada saxlamaq demək olar ki, qeyri-mümkündür. Bu, böyük məşqçilərdə də belə olub. Yəni, hamı belə mövzuda problem yaşayır. Amma məhz Qurban müəllim bunun öhdəsindən çox layiqli şəkildə gəlib. O, “Qarabağ”ı istər futbol tərəfdən, istərsə də komandanın davranışları cəhətdən dünyada nümunəvi kluba çevirib. Qurban müəllim həm “Qarabağ”ı, həm də Azərbaycan futbolunu inkişaf etdirdi. İlk iş günlərindən fərqlənirdi. Mən o vaxta qədər bir çox məşqçi ilə işləmişdim. Biz ilk dəfə məşqçi-futbolçu kimi “Neftçi”də fəaliyyət göstərmişdik. O, zəhmətkeşliyi, futbolçularla qurduğu ünsiyyətə görə fərqlənirdi. Bilirsiniz, Qurban müəllim uzun illər kapitan olub. Məşqçi karyerası da bir növ futbolçu karyerasına bənzəyirdi. Amma bundan sonra məşqçi karyerasını elə bir səviyyəyə gətirdi ki, artıq onun dünyada TOP-10 mütəxəssis arasına düşdüyünü deyə bilərik. Hətta bir çox böyük məşqçilər Qurban müəllimin nəticələrini verə bilməzdilər. Bir komandanı sıfırdan qəbul edib, belə yüksək səviyyəyə gətirmək hər məşqçinin işi deyil. Qurban müəllim klubun bazasına hamıdan əvvəl gəlirdi, hamıdan sonra da gedirdi”. 
 
R.Sadıqov deyib ki, Q.Qurbanov işinə böyük həvəs, sevgi, futbolçulara, azarkeşlərə və rəhbərliyə isə böyük hörmətlə yanaşır: “Qurban müəllimdən saatlarla danışmaq olar. O, nümunəvi məşqçi və nümunəvi insandır” (qol.az).






Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir