9 may 2026. Şənbə

Qələbə ən yaxşı hədiyyədir - Qurban Qurbanov


Qələbə ən yaxşı hədiyyədir - Qurban Qurbanov
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, 8:0 hesabı ilə qalib gəldikləri matçı belə şərh edib:
 
“Layiqli qələbə oldu. Futbolçularım çox yaxşı hazırlaşmışdı. İlk dəqiqələrdən hiss olundu ki, hamısında yüksək konsentrasiya var. Futbolçularımı təbrik edirəm. Bu cür qalibiyyətlər il ərzində nadir hallarda olur. O da bu günə düşdü. Futbolda belə məğlubiyyətlərdən qaçmaq mümkün deyil. Vacib qələbə əldə etdik. Rəqibə uğurlar arzu edirəm. Bu komanda ilə səfər matçlarımız ağır ola bilər.
 
Bütün matçlara eyni ciddiyətlə yanaşırıq. Oyunçularımı hər matça daha yaxşı hazırlamaq istəyirəm. Onların ustalıq səviyyəsinin yaxşılaşması üçün əlimizdən gələni edirik. Qarşıdakı hər bir matç bizim üçün vacibdir".
 
Qurbanovun sözlərinə görə, hər bir qələbə onun üçün ən yaxşı hədiyyədir: "Açığı, deyən olmadı ki, bu qələbə sizin üçün hədiyyədir. Amma istənilən halda sağ olsunlar".
 
Baş məşqçi bu gün het-trik edən İbrahima Vadji ilə bir neçə klubun maraqlandığını etiraf edib: "Bəli, belə bir şey var idi. Amma Vadji bizim vacib oyunçularımızdan biridir. Özünəməxsus keyfiyyətləri var. Bu gün onları nümayiş etdirdi. Çalışıram ki, hər oyunçu şans qazansın. Vadji əvvəllər start heyətində oynayırdı. Sonra Ramil Şeydayevə şans verdik. Qarşıdakı matçlarda bu cür dəyişikliklər edəcəyik”.






Misli Premyer liqa

“Kəpəz” səfərdə çempionu məğlub etdi
  • Misli Premyer liqa
  • 23:14 08.05.2026
“Kəpəz” səfərdə çempionu məğlub etdi
“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi