12 may 2026. Çərşənbə axşamı

Qarabağ'la oyun faciəyə bərabər idi


Qarabağ'la oyun faciəyə bərabər idi

"Bu matç faciəyə bərabər idi".

Corner.az xəbər verir ki, bu sözləri "Şamaxı"nın kapitanı Şəhriyar Əliyev səfərdə "Qarabağ"a 0:8 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXIII tur qarşılaşması barədə danışarkən deyib.

29 yaşlı müdafiəçi çox pis oyun keçirdiklərini bildirib: "Acı məğlubiyyət aldıq. Rəqibi ön xətdə sıxmaq və boşluq verməmək istəyirdik. Amma alınmadı. Zədəli və cəzalı oyunçularımız çox idi, optimal heyətlə meydana çıxa bilmədik. Bu da bizə çətinlik törətdi. "Qarabağ"ın heyətində ustalıq səviyyəsi yüksək olan futbolçular çoxdur. Onlar hər epizoddan yararlanmağı bacaran oyunçulardır".

Əliyev görüşdən sonra baş məşqçi Sənan Qurbanovun istefası barədə də fikirlərini bölüşüb: "Sənan müəllimə gələcək karyerasında uğurlar arzulayıram. Çox yaxşı bir il keçirdik və ölkə kubokunu qazandıq. Paltardəyişmə otağında hamı ilə sağollaşdı və halallaşdı. Həmin anda futbolçular şokda idi".

Müdafiəçi qarşıdakı turlarda toparlanmağa çalışacaqlarını sözlərinə əlavə edib: "Qarabağ"la oyunda sanki şokda idik. Rəqib də bundan maksimum yararlandı. Şokdan ayrılmamış, şoka düşürdük. Komanda olaraq bu vəziyyətdən çıxmalıyıq".(report)







Misli Premyer liqa

"Araz-Naxçıvan"da ayrılıq
  • Misli Premyer liqa
  • 13:14 12.05.2026
"Araz-Naxçıvan"da ayrılıq
Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 12:12 11.05.2026
Premyer Liqada 200-cü oyun
Mövsümdə 2-ci dəfə
  • Misli Premyer liqa
  • 11:57 11.05.2026
Mövsümdə 2-ci dəfə
İkinci ispaniyalı
  • Misli Premyer liqa
  • 11:52 11.05.2026
İkinci ispaniyalı
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
  • Misli Premyer liqa
  • 11:46 11.05.2026
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
“Neftçi” “Şamaxı”ya şans vermədi
  • Misli Premyer liqa
  • 22:34 10.05.2026
“Neftçi” “Şamaxı”ya şans vermədi