2 avqust 2026. Bazar günü

Ozobiç doqquzluq'da


Ozobiç doqquzluq'da

Filip Ozobiç “Qarabağ”ın heyətində Azərbaycan Premyer Liqasında 30-cu qolunu vurub.

Corner.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley topu XXIII turun “Şamaxı” ilə matçına təsadüf edib.

8:0 hesablı qələbəyə dublla töhfə verən 31 yaşlı yarımmüdafiəçi öncə 30-cu, ardınca 31-ci qoluna imza atıb. O, “Qarabağ”da keçirdiyi 70-ci çempionat matçında buna nail olub.

Ozobiç Ağdam klubunun tarixinə ölkə çempionatında 30 və daha çox qol vuran 9-cu oyunçu kimi düşüb. Mütləq rekord 109 dəfə fərqlənən Müşfiq Hüseynova məxsusdur.

Qeyd edək ki, Filip 2018/2019 mövsümündə 9, 2019/2020 mövsümündə 1, 2020/2021 mövsümündə 11, cari çempionatda 10 dəfə fərqlənib.







Misli Premyer liqa

"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı