20 sentyabr 2026. Bazar günü

AFFA klubları cərimələdi


AFFA klubları cərimələdi

AFFA İntizam Komitəsi iki futbolçunu bir oyunluq cəzalandırıb. 

Corner.az xəbər verir ki, bunlar "Səbail"dən Tome Kitanovski və “Sabah”dan Məmmədov Novruzdur. Kitanovski XXV turda "Sumqayıt"ı səfərdə 2:1 hesabı ilə məğlub etdikləri matçda, Məmmədov isə evdə "Neftçi"yə 0:2 hesabı ilə uduzduqları görüşdə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Hər iki futbolçunun klubu buna görə 200 manat məbləğində cərimələnib. 

İntizam Komitəsi "Neftçi" klubuna da 800 manat cərimə kəsib. Səbəb komandanın 4 oyunçusunun "Sabah"la görüşdə sarı vərəqə almasıdır. 







Misli Premyer liqa

150-ci qol
  • Misli Premyer liqa
  • 11:17 15.09.2026
150-ci qol
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol
  • Misli Premyer liqa
  • 11:05 15.09.2026
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol