2 avqust 2026. Bazar günü

Qarabağ'dan Qəbələdə inamlı qələbə, Zirə və Neftçi'dən heç-heçə


Qarabağ'dan Qəbələdə inamlı qələbə, Zirə və Neftçi'dən heç-heçə

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Corner.az xəbər verir ki, bu mərhələnin ilk oyunu Qəbələdə baş tutub.

Burada “Qəbələ” doğma meydanda “Qarabağ”ı qəbul edib. Premyer Liqada rəqibləri üçün əlçatmaz olan Ağdam təmsilçisi elə bu görüşdə də qələbəyə sevinən tərəf olub.

Çempionatda avrokuboklara vəsiqə uğrunda iddiasını davam etdirən “Zirə” doğma meydanda “Neftçi”ylə üz-üzə gəlib. Bu görüşdə qapılara qol vurulmayıb.

Yarımfinalın cavab oyunları aprelin 29-da keçiriləcək.

Azərbaycan kuboku
Yarımfinalın ilk oyunları

20 aprel

Qəbələ – Qarabağ 1:3
Qol: A.Məmmədov, 5 – İ.İbrahimli, 16. İ.Vadji, 87. K.Borges, 90+3-pen.
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Rauf Allahverdiyev.
Qəbələ şəhər stadionu, 17:30.

Zirə – Neftçi 0:0
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Vüqar Həsənli.
Zirə İdman Kompleksinin stadionu, 20:00.







Misli Premyer liqa

"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı