25 oktyabr 2024. Cümə

Elə klublar var ki, gəncləri məcburiyyətdən oynadır


Elə klublar var ki, gəncləri məcburiyyətdən oynadır

"Yaxşı oyun alındı. Hər iki komanda istəkli idi, səf etməkdən çəkinirdi. İlk hissədə üstünlük bizdə olsa da, ikinci yarıda oyun meydanın mərkəzində keçdi. Komandamın çıxışından razıyam. Futbolçular bu gün oyunu yüksək səviyyədə keçirdilər. Kubok matçları fərqlidir. İlk hissəni oynadıq. Qarşıda bizi çempionat və kubokun cavab oyunu gözləyir".

Corner.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov evdə "Neftçi" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis Hamidu Keytanın oyunundan razı qaldığını bildirib: "Onun meydanda qalması rəqib üçün təzyiqdir. Amma sağlamlığı daha vacibdir. Zədələnməsindən ehtiyat etdiyim üçün əvəzlədim".

Əvəzetmə sayına toxunan Sadıqov standartlardan kənara çıxdıqları çox məsələ olduğunu vurğulayıb: "Kimdəsə əvəzetmə sayı 5-dirsə, o demək deyil ki, bizdə də belə olmalıdır. Mənim üçün fərqi yoxdur. Əvəzetmə sayının artırılmasını dəstəkləyirəm. Mən orta xətti seçdim. Dedim ki, 3 və ya 5 yox, 4 olsun. Pnademiyaya görə güzəşt istəyirlərsə, 4 ideal rəqəmdir. Bizdə oyun sayı da azdır. 5 də ola bilər. Mən sadəcə, öz fikrimi bildirdim".

O, legioner limiti ləğv edilsə belə, gələcəkdə də gənclərə şans verəcəklərini söyləyib: "Ötən mövsüm Cəlal Hüseynov limit səbəbindən oynamırdı. Layiq olduğu üçün meydana çıxırdı. Komanda sayı artdıqdan sonra hər kəsə yer olacaq. O qədər limitə düşən yerli futbolu var idi ki, bu gün harada olduğu bilinmir. Bu, avrokuboklardakı çıxışımıza da mənfi təsir edir. Elə klublar var ki, gənc futbolçunu məcburiyyətdən oynadır. Mənə görə, 7+4 ideal limitdir. Bu gün yerli futbolçu sarıdan əziyyət çəkirik. Bəlkə də mənə limitin qalmağı sərf edər. Çünki gənclərə daha çox şans veririk".

Sadıqov iki cəbhədə mübarizə aparmağın çətin olduğunu bildirib: "Belədə vaxt az qalır. "Neftçi" ilə eyni vəziyyətdəyik. Amma məşqçilər üçün çətindir. Bəzən bizi Avropa ilə müqayisə edirlər. Amma bu, düzgün yanaşma deyil. Hər şey aşağı yaş qruplarından başlamalıdır. Millidə də bu problem olur. Futbolçularımız buna baxmayaraq, əzmkarlıq göstərirlər. Bütün oyunlar bizim üçün önəmlidir".

Baş məşqçi I Divizionda mübarizə aparan "Zirə-2"nin çıxışının onu narahat etmədiyini söyləyib: "Bu komanda ilə bağlı da planlarımız var. Gənclərə orada şans vermək istəyirik. Mənim üçün nəticə önəmli deyil. Hazırda onu düşünmürük. Orada istedadlı gəncləri yetişdirmək niyyətindəyik".

Qeyd edək ki, komandalar arasında cavab matçı aprelin 29-da keçiriləcək.







Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir