19 mart 2026. Cümə axşamı

Azərbaycan futbolunda limit götürülməlidi


Azərbaycan futbolunda limit götürülməlidi

"İlk dəqiqədən gərginlik hiss olunurdu. İki komandada uduzmaq istəmirdi. Kubokun ilk matçları əsasən bu məcrada keçir. Bu gün əsas məsələ uduzmamaq idi. Şikayət etmək istəmirik, reallıq budur. Son matçlara itkilərlə çıxırıq. Ehtiyatdakı oyunçularla bağlı problemlərimiz var. Amma indi elə dönəmdəyik ki, bu barədə düşünmürük. Bundan sonra çempionat matçına köklənəcəyik. Məqsədimiz uduzmamaq, seriyanı davam etdirməkdir. Bu yolda davam edəcəyik".

Corner.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov səfərdə "Zirə" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis heyətdəki itkilərin bugünkü görüşə ciddi təsir etmədiyini bildirib: "Amma ümumi duruma təsirsiz ötüşmür. Bu gün Voislav Stankoviç yoxdursa, deməli, problem var. Sezar Meza Kollinin yüngül zədəsi var idi. Ona görə bu gün son dəqiqələrdə şans verdik".

Baş məşqçi Ömər Buludovun müdafiənin mərkəzində oynamasını belə izah edib: "Bu, məcburiyyətdən atılmış addım idi. Amma ikinci hissədə ən yaxşılardan idi".

Abbasov legioner limiti ilə bağlı məsələyə də toxunub: "Mənim istəyimi bilirsiniz. Bu yöndə həddindən artıq sərtəm. Azərbaycan futbolunda limit götürülməlidir. Bu, bizim inkişafımıza ziyandır. 5 əvəzetmə yaxşı variantdır. Bütün ölkələr bunu edirsə, biz niyə etməyək? Hər şeyi zaman göstərəcək".

Təcrübəli çalışdırıcı bildirib ki, komandası daha əvvəl səfər qolunun əziyyətini çəkib: "Amma bugünkü qərar düzgündür. Hər vəziyyətə uyğunlaşmaq lazımdır".

Qeyd edək ki, komandalar arasında cavab matçı aprelin 29-da keçiriləcək.







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi