2 avqust 2026. Bazar günü

Qarabağ'dan Azərbaycan Kubokunda yeni rekord


Qarabağ'dan Azərbaycan Kubokunda yeni rekord

"Qarabağ" Azərbaycan Kubokunda yeni rekorda imza atıb.

Corner.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi buna "Qəbələ"ni 3:1 hesabı ilə məğlub etdikləri yarımfinal mərhələsinin ilk oyununda nail olub.

Bu görüşədək keçirdiyi 68 səfər qarşılaşmasında 98 dəfə fərqlənən "köhlən atlar" qol sayını 101-ə çatdırıb. "Qarabağ"ın 101-ci qoluna penaltidən Kadi Borqes imza atıb. Ağdamlılar bu qolla turnirin tarixində rekordçu olub. Komanda səfərdəki qol sayında 100 dəfə fərqlənən “Neftçi”ni keçib. "Köhlən atlar"ın orta məhsuldarlığı 1,46-dır.

"Qarabağ"ın Azərbaycan Kubokundakı 100-cü qolunu isə İbrahima Vadji vurub. Seneqallı hücumçu 88-ci dəqiqədə komandasını hesabda önə keçirib.







Misli Premyer liqa

"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı