25 oktyabr 2024. Cümə

Titul qazanmaq hər zaman gözəldir


Titul qazanmaq hər zaman gözəldir

"Ölkə kubokuna sahib çıxmaq istəyirik. Titul qazanmaq hər zaman gözəldir".

Corner.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Azər Salahlı "Zirə" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunundan sonra deyib.

28 yaşlı müdafiəçi cavab qarşılaşmasında finala yüksəlmək üçün əllərindən gələni edəcəklərini bildirib: "İlk matçda hər iki komanda diqqətli oynayıb qol buraxmaq istəmirdi. Bu səbəbdən, qol vəziyyətləri o qədər də çox deyildi. İkinci görüşü evdə keçirəcəyik və maksimum nəticə qazanmağa çalışacağıq".

Salahlı baş məşqçi Samir Abasovun hər matçda ona şans verməsinə və öz mövqeyindəki rəqabətin olmamasına da toxunub: "Mövqeyimdə rəqabət olsa və ya olmasa, mən hər zaman daha yaxşı səviyyədə oynamağa çalışmışam. Heç bir rəqabətdən də çəkinmirəm".

Oyunçu Premyer Liqanın XXIV turunda "Səbail"i məğlub edərək avrokuboklara vəsiqəni vaxtından əvvəl təmin etmək istədiklərini vurğulayıb: "Çox sıx qrafikdə oynayırıq. Növbəti matçda qələbə qazanaraq uğurlu seriyanı davam etdirmək niyyətindəyik".

Müdafiəçi son olaraq, komandanın növbəti mövsümdən güclənməyə ehtiyacının olduğunu sözlərinə əlavə edib: "Bəzi qarşılaşmalarda oyunumuz alınmaya bilər. Amma həmin matçlarda nəticə qazanmaq vacibdir. "Neftçi" kimi hər mövsüm çempionluğa oynayan komandanın isə hər zaman güclənməyə ehtiyacı var".

Qeyd edək ki, "Neftçi" və "Zirə" komandaları arasındakı cavab oyunu aprelin 29-da olacaq. "Ağ-qaralar" aprelin 24-də XXIV turda "Səbail"in qonağı olacaq.(report)







Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir