12 may 2026. Çərşənbə axşamı

Vəli Qasımov: Şamaxıdan futbolçu da çıxacaq


Vəli Qasımov: Şamaxıdan futbolçu da çıxacaq

"Belə gedişlə gələcəkdə buradan futbolçu da çıxacaq".

Corner.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Şamaxı" Futbol Məktəbinin koordinatoru Vəli Qasımov deyib.

Artıq 3 aydan çoxdur Şamaxıda olduğunu deyən veteran futbolçu, futbola marağı artırmaq üçün çalışdıqlarını bildirib: "Şamaxının əsas idman növü futbol deyil, güləşdir. Bu gün isə futbola maraq çox böyüyüb. Hər məşqə 5-6 yeni uşaq gəlir. Artıq 150-dən çox uşaq var, onlara baxmaq çətindir. Amma iş gedir, balacalar artırır. Orta yaş qrupları demək olar ki, bir az əziyyət çəkirlər. Burada 5 yaşından 13 yaşadək uşaqlar var. Hələlik onları yaş qruplarına bölməmişik. Bunu gələcəkdə edəcəyik. Hazırda futbola marağı artırırıq, ona görə məşqlərə çoxlu uşaq gəlir.Hamı gəlib oyuna baxmaq istəyirdi. Növbəti matçda da stadion dolacaq. Əhali futbolu çox sevir".

Keçmiş hücumçu  işinin Şamaxıda olduğu üçün bütün gününü burada keçdiyini vurğulayıb: "Ailəm Bakıdadır, imkan olanda gəlirlər. Mən isə burada qalıram. Əsas işim buradadır və demək olar ki, bütün günümü Şamaxıda keçirirəm. Hazırda 4 məşqçi və 1 inzibatçımız var. Məşqçilərin hamısı yerli mütəxəssisdir, D kateqoriyaları var. Gələcəkdə daha yüksək kateqoriyanı oxumağa davam edəcəklər.







Misli Premyer liqa

"Araz-Naxçıvan"da ayrılıq
  • Misli Premyer liqa
  • 13:14 12.05.2026
"Araz-Naxçıvan"da ayrılıq
Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 12:12 11.05.2026
Premyer Liqada 200-cü oyun
Mövsümdə 2-ci dəfə
  • Misli Premyer liqa
  • 11:57 11.05.2026
Mövsümdə 2-ci dəfə
İkinci ispaniyalı
  • Misli Premyer liqa
  • 11:52 11.05.2026
İkinci ispaniyalı
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
  • Misli Premyer liqa
  • 11:46 11.05.2026
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
“Neftçi” “Şamaxı”ya şans vermədi
  • Misli Premyer liqa
  • 22:34 10.05.2026
“Neftçi” “Şamaxı”ya şans vermədi