31 yanvar 2026. Şənbə

Premyer Liqa klubları üçün seminar keçirildi


Premyer Liqa klubları üçün seminar keçirildi
UEFA Grow və RESULT Sports” rəqəmsal agentiliyinin dəstəyi, AFFA-nın təşkilatçılığı ilə Klub Dəstək Proqramı çərçivəsində sosial media mövzusunda seminar keçirilib. Corner.az xəbər verir ki, seminarda Premyer Liqa klublarının marketinq və media şöbələrinin rəhbərləri və sosial media mütəxəssisləri iştirak edib.
 
Görüşdə RESULT Sports şirkəti tərəfindən klub nümayəndələri üçün sosial medianın müxtəlif istiqamətləri üzrə prezentasiyalar təqdim edilib, Premyer Liqa komandalarının sosial media platformalarındakı səhifələri üzrə nəticələr müzakirə olunub. Seminarda iştirak edən AFFA-nın baş katibi Sərxan Hacıyev klublar arasında keçirilmiş qrant müsabiqəsi üzrə qalibi elan edib. Münsiflər heyətinin sesverməsinin nəticəsinə əsasən, mart-aprel aylarında Premyer Liqa klubları arasında “Klub tərəfdaşı ilə birgə sosial media aktivasiyası” üzrə keçirilmiş Qrant müsabiqəsinin qalibi “Qəbələ” klubu tərəfindən təqdim edilmiş “Sağlam İnkişaf” layihəsi olub. Qalibə AFFA tərəfindən layihənin reallaşdırması üçün 5000 AZN məbləğində qrant ayırılacaq.
 
Seminar 22 aprelə qədər davam edəcək.






Misli Premyer liqa

"Şamaxı" onunla yollarını ayırıb
  • Misli Premyer liqa
  • 19:02 30.01.2026
"Şamaxı" onunla yollarını ayırıb
“Sumqayıt" və “Qəbələ”dən qələbə
  • Misli Premyer liqa
  • 18:59 30.01.2026
“Sumqayıt" və “Qəbələ”dən qələbə
“Sabah”dan "Şamaxı"ya
  • Misli Premyer liqa
  • 18:47 28.01.2026
“Sabah”dan "Şamaxı"ya
"Sabah" onunla yollarını ayırıb
  • Misli Premyer liqa
  • 13:37 26.01.2026
"Sabah" onunla yollarını ayırıb