12 may 2026. Çərşənbə axşamı

Həyatımda həmin dövrü unutmaq istəyirəm


Həyatımda həmin dövrü unutmaq istəyirəm

"Həyatımda həmin 4 aylıq dövrü unutmaq istəyirəm".

Corner.az xəbər verir ki, bunu "Zirə" klubunun futbolçusu Nemanya Ancelkoviç uzun müddətdən sonra yaşıl meydanlara qayıtması ilə bağlı danışarkən deyib.

25 yaşlı müdafiəçi zədəli olduğu dönəmdə ona dəstək olan hər kəsə - klub əməkdaşlarına və komanda yoldaşlarına təşəkkür etdiyini bildirib: "Artıq pozitiv düşünürəm. 4 aydan sonra meydana qayıtdığım üçün Allaha şükür edirəm. Daha yaxşı və güclü olacağıma inanıram".

Serbiyalı oyunçu "Neftçi" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk matçı barədə fikirlərini bölüşüb: "Yaxşı mübarizə apardıq. Topa daha çox sahib idik və öz oyunumuzu göstərdik. İlk matçda qol vura bilmədik, amma ikinci görüşdə bunu bacaracağımıza inanıram. Cavab qarşılaşmasında da öz oyunumuzu sərgiləməliyik. İndiyədək etdiyimiz kimi diqqətli olmalı və müsbət nəticəyə ümid etməliyik".

Mövsümün sonunda müqaviləsi başa çatan Ancelkoviç "Zirə"də qalmaq istədiyini söyləyib: "Ümid edirəm ki, tezliklə danışıqlara başlayacağıq".

Müdafiəçi Premyer Liqanın XXIV turunda "Sumqayıt"la səfərdəki görüşün də çox vacib olduğunu diqqətə çatdırıb: "Bizə maksimum konsentrasiya lazımdır. Qarşılaşmaya çox yaxşı hazırlaşırıq və müsbət nəticə üçün əlimizdən gələni edəcəyik".

Ancelkoviç son olaraq hədəflərinin avrokuboklara vəsiqə qazanmaq olduğunu sözlərinə əlavə edib: "Komandamız Avropada oynamağa layiqdir. Meydandakı oyunumuzla və nəticələrlə bunu göstəririk".

Qeyd edək ki, "Sumqayıt" - "Zirə" qarşılaşması aprelin 24-də gerçəkləşəcək. "Neftçi" və "Zirə" arasındakı cavab matçı fevralın 29-da olacaq.(report)







Misli Premyer liqa

"Araz-Naxçıvan"da ayrılıq
  • Misli Premyer liqa
  • 13:14 12.05.2026
"Araz-Naxçıvan"da ayrılıq
Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 12:12 11.05.2026
Premyer Liqada 200-cü oyun
Mövsümdə 2-ci dəfə
  • Misli Premyer liqa
  • 11:57 11.05.2026
Mövsümdə 2-ci dəfə
İkinci ispaniyalı
  • Misli Premyer liqa
  • 11:52 11.05.2026
İkinci ispaniyalı
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
  • Misli Premyer liqa
  • 11:46 11.05.2026
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
“Neftçi” “Şamaxı”ya şans vermədi
  • Misli Premyer liqa
  • 22:34 10.05.2026
“Neftçi” “Şamaxı”ya şans vermədi