12 may 2026. Çərşənbə axşamı

Psixoloji yorğunluq var idi - Qurban Qurbanov


Psixoloji yorğunluq var idi - Qurban Qurbanov
"Bu komandaya qarşı oynamaq xoşdur. Amma 9 günün içində eyni rəqiblə 3 dəfə qarşılaşmaq futbolçulara mənfi təsir edir". Corner.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Qəbələ"yə 2:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXIV tur matçından sonra mətbuat konfransında deyib.
 
50 yaşlı mütəxəssis vacib qalibiyyət əldə etdiklərini bildirib: "Futbolçularım çox əziyyət çəkdi. Neçə gündür yaxınlarından, doğmalarından uzaqdırlar. Bu mənada, bir az psixoloji yorğunluq var idi. Oyun kənardan sönük görünə bilər. Amma ümumi göstəricilərə baxsaq, oyunçularımın xeyli güc sərf etdiklərini görmək olar. "Qəbələ" də uduzmaq istəmirdi. Rəqibə uğurlar arzulayıram".
 
Komandasını "qırmızı-qaralar"la Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab matçına yaxşı hazırlayacağını söyləyən Qurbanov hələlik çempionluq barədə düşünmədiyini vurğulayıb: "Amma reallığa baxsaq, ola bilər. "Neftçi" də məğlub olmaq istəmir. Sonadək mübarizə aparmaq əzmindədir. Bundan sonrakı məğlubiyyətlər çempionluğumuza mane ola bilər. Bunu düşünmədən qarşıdakı matçlara ciddi hazırlaşacağıq ki, rəqibə şans verməyək. Bilirsiniz ki, mən hər zaman ehtiyatlanıram. Bir şeyi qazanmamışamsa, əminliklə danışa bilmərəm. Çünki məndən asılı olmayan səbəblər var".
 
"Qəbələ"nin məşqçisi Xaqani Məmmədov isə oyunun komandası üçün çətin keçdiyini etiraf edib: "Matça ciddi hazırlaşmışdıq. Amma heyətdə itkilərimiz var idi ki, bu da oyunumuza mənfi təsir göstərdi. "Qarabağ"ın gücünə bələdik. Bu gün belə kasad heyətlə meydanda nələrsə etməyə çalışdıq. Gücümüz buna çatdı".
 
46 yaşlı mütəxəssis uğursuzluğun səbəbini də açıqlayıb: "Komandada elə bir dəyişiklik yoxdur. Sadəcə, əsas heyət üzvləri zədəli olduqları üçün bizə kömək edə bilmirlər. Meydana gənc oyunçularla çıxırıq. Uğursuzluğun əsas səbəbi budur. 3-4 gündən bir oynamaq üçün geniş heyətiniz olmalıdır. Bu gün kim hazırdısa, meydana da onlar çıxır". (Report)






Misli Premyer liqa

"Araz-Naxçıvan"da ayrılıq
  • Misli Premyer liqa
  • 13:14 12.05.2026
"Araz-Naxçıvan"da ayrılıq
Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 12:12 11.05.2026
Premyer Liqada 200-cü oyun
Mövsümdə 2-ci dəfə
  • Misli Premyer liqa
  • 11:57 11.05.2026
Mövsümdə 2-ci dəfə
İkinci ispaniyalı
  • Misli Premyer liqa
  • 11:52 11.05.2026
İkinci ispaniyalı
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
  • Misli Premyer liqa
  • 11:46 11.05.2026
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
“Neftçi” “Şamaxı”ya şans vermədi
  • Misli Premyer liqa
  • 22:34 10.05.2026
“Neftçi” “Şamaxı”ya şans vermədi