12 may 2026. Çərşənbə axşamı

İddialılar sürpriz olmasına imkan vermədilər


İddialılar sürpriz olmasına imkan vermədilər

Bu gün Azərbaycan Premyer Liqasında 24-cü turun oyunları keçirilib. Corner.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub.

Turun açılış oyununda “Qəbələ” doğma meydanda lider “Qarabağ”la qarşılaşıb. Ağdam təmsilçisi rəqibi üzərində inamlı qələbə qazanıb.

“Sabah” bu turda “Şamaxı” ilə qarşılaşıb və darmadağınla qalib gəlib. “Sumqayıt”ın qonağı olan “Zirə” minimal hesabla qələbə qazanıbsa, “Neftçi” də “Səbail” üzərində oxşar hesabla qalib gəlib.

Azərbaycan Premyer Liqası
24-cü tur
24 aprel

“Qəbələ” – “Qarabağ” 0:2
Qol: İ.Vadji, 6; 14.
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Rəşad Əhmədov.
Qəbələ şəhər stadionu, 17:30.

“Sabah” – “Şamaxı” 5:1
Qol: C.L.Mikels, 11; 29. Z.Oçiqava, 25. X.S.Rodriqes, 84. A.İsayev, 89 – F.Santos, 50.
Qırmızı vərəqə: F.Flores, 90+2.
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Eyyub İbrahimov, Əliyar Ağayev.
Masazır. “Bank Respublika Arena”, 18:30.

"Sumqayıt” – “Zirə” 0:1
Qol: D.Volkov, 90+1.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.
“Sumqayıt Arena”, 20:00.

"Səbail” – “Neftçi” 0:1
Qol: T.Bezerra, 71.
Qırmızı vərəqə: Ö.Buludov, 47.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüsal Məmmədov, Rauf Allahverdiyev.
Bakı. “ASCO Arena”, 20:00.







Misli Premyer liqa

"Araz-Naxçıvan"da ayrılıq
  • Misli Premyer liqa
  • 13:14 12.05.2026
"Araz-Naxçıvan"da ayrılıq
Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 12:12 11.05.2026
Premyer Liqada 200-cü oyun
Mövsümdə 2-ci dəfə
  • Misli Premyer liqa
  • 11:57 11.05.2026
Mövsümdə 2-ci dəfə
İkinci ispaniyalı
  • Misli Premyer liqa
  • 11:52 11.05.2026
İkinci ispaniyalı
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
  • Misli Premyer liqa
  • 11:46 11.05.2026
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
“Neftçi” “Şamaxı”ya şans vermədi
  • Misli Premyer liqa
  • 22:34 10.05.2026
“Neftçi” “Şamaxı”ya şans vermədi