25 oktyabr 2024. Cümə

Mübarizə aparmaq bizim üçün çox çətindir


Mübarizə aparmaq bizim üçün çox çətindir

"Premyer Liqamızdakı bəzi komandaların iki heyəti var. Onlar üçün mübarizə aparmaq daha rahat və asandır, amma bizim üçün çox çətindir".

Corner.az xəbər verir ki, bunu "Qəbələ" klubunun futbolçusu Murad Musayev deyib.

28 yaşlı yarımmüdafiəçi turnir cədvəlində ilk "4-lük"də yer alan komandaların heyətlərinin daha geniş olduğunu bildirib: "Baş məşqçimiz Elmar Baxşıyev əldə olan oyunçulardan maksimum istifadə etməyə çalışır. 2-3 futbolçunun zədələnməsi belə, bizə təsir edir. Heyət geniş olanda rotasiya etmək də rahatdır. Eyni heyətlə yola davam etməyə məcburuq. Bu da futbolçularda psixoloji və fiziki yorğunluq yaradır. Bütün bunlar da nəticəyə təsir edir. Mövsümü buradək layiqli gətirmişik. Komanda olaraq, yaxşı mübarizə apardığımız oyunlar olub. Bəzən futbolda enişlər olur. Bunu da normal qarşılamalıyıq. Komandada ruh düşkünlüyü yoxdur. Bir oyunda qalib gəlsək, növbəti 3 turun hamısında qələbə qazanacaq gücdəyik".

Musayev Premyer Liqanın XXIV turunda "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları matç barədə də danışıb: "Rəqibin hansı gücə sahib olması hamıya bəllidir. Matça yaxşı hazırlaşmışdıq, sadəcə, itkilərimiz çox idi. Əz azı, bir xal qazanmaq bizim üçün yaxşı olardı. Görüşə yaxşı köklənsək də, erkən buraxılan qollar komandanı ruhdan saldı və oyunumuza təsir etdi. "Qarabağ"a qarşı oynamaq hər zaman çətin və ağırdır".

Oyunçu ardıcıl 8 oyunda qələbə qazana bilməsələr də, avrokubok şanslarının davam etdiyini söyləyib: "Futbolda belə hallar çox olur. Komanda bəzən qələbə qazanmaqda çətinlik çəkir. Sadəcə, bəzi matçlarda şanslardan yararalana bilmədik və bəxt bizdən üz döndərdi. Hər qarşılaşmaya qələbə üçün çıxırıq. Amma bəzən alınmır. Növbəti görüşlərdə vuruşub, mübarizə aparmaq istəyirik. Avrokubok şanslarımız da davam edir. Qarşıda 4 tur var. Sonuncu matçımız da əsas rəqibimiz "Sabah"a qarşı olacaq. Komandamıza inanırıq. Ümid edirəm ki, istədiyimiz nəticələri əldə edəcəyik və hər şey daha yaxşı olacaq. Hər komandaya hörmətlə yanaşmaq lazımdır. Futbolda müxtəlif nəticə qeydə alına bilər".

Müdafiəçi son olaraq "ölkə kubokunu unudub, Premyer Liqaya köklənmək doğru olmazdımı" sualına belə cavab verib: "Bu, mənim yox, baş məşqçinin verəcəyi qərardır. Kubokda şanslarımız azdır, amma hər şey ola bilər".

Qeyd edək ki, "Qarabağ" və "Qəbələ" komandaları arasındakı Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunu aprelin 29-da "Azərsun Arena"da olacaq. Qəbələdəki ilk matçda Ağdam təmsilçisi qələbə qazanıb - 3:1. "Qırmızı-qaralar" hazırda 35 xalla Premyer Liqada "Sabah"la birlikdə 4-5-ci yerləri bölüşdürür.(report)







Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir