1 avqust 2026. Şənbə

Bu, mənim üçün böyük qələbə olacaq


Bu, mənim üçün böyük qələbə olacaq

"Zədəmi tam sağaltmışam və artıq komanda yoldaşlarımla məşq edirəm. Düşünürəm ki, 2-3 həftədən sonra yenidən heyətə düşə bilərəm. Bu, mənim üçün böyük qələbə olacaq".

Corner.az xəbər verir ki, bunu "Zirə"nin braziliyalı hücumçusu Filipe Paxtman ölkəsinin "Terra" nəşrinə açıqlamasında deyib.

22 yaşlı futbolçu zədələndiyi vaxtdan Premyer Liqaya qayıtmaq üçün mübarizə apardığını bildirib.

Paxtman yeni mövsüm üçün hədəflərinə də toxunub: "Əminəm ki, yaxın gələcək daha gözəl olacaq və komandaya bütün hədəflərinə çatmaqda kömək edəcəyəm. Kifayət qədər gəncəm, Avropa futbolunda çox yaxşı şeylər yaşayacağam".

Qeyd edək ki, Filipe Paxtman ötən ilin sentyabrında zədələnib.







Misli Premyer liqa

"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı