1 avqust 2026. Şənbə

Qarabağ'ı azarkeşləri, Neftçi və Şamaxı'nı futbolçuları ziyana saldı


Qarabağ'ı azarkeşləri, Neftçi və Şamaxı'nı futbolçuları ziyana saldı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Corner.az xəbər verir ki, müzakirələrdən sonra Premyer Liqanın 24-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
 
“Sabah” – “Şamaxı” oyununda oyun öncəsi dövlət yanğından mühafizə xidməti nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunub (maddə 62.2);
 
“Şamaxı” klubunun futbolçusu Flores Franko rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub (maddə 47.1);
 
“Şamaxı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub (maddə 39);
 
“Səbail” – “Neftçi” oyununda “Neftçi” klubunun futbolçusu Ömər Buludov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub (maddə 47.1);
 
“Qəbələ” – “Qarabağ” oyununda dövlət yanğından mühafizə xidməti maşını oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün meydan sahibi kluba xəbərdarlıq edilib;
 
“Qarabağ” klubunun azarkeşləri pirotexnikadan istifadə etdiyi üçün klub 800 manat cərimə olunub (maddə 51.2);






Misli Premyer liqa

"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı