6 noyabr 2026. Cümə

Neftçi Zirə ilə oyuna hazırlığı yekunlaşdırdı


Neftçi Zirə ilə oyuna hazırlığı yekunlaşdırdı
“Neftçi” Azərbaycan Kubokunun yarımfinal mərhələsində qarşılaşacağı “Zirə” ilə cavab matçının hazırlığını başa vurub. Corner.az xəbər verir ki, "ağ-qaralar" bu gün “Bakcell Arena”da oyunöncəsi son məşqə çıxıb.
 
Hazırlıq prosesində əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib.
 
Aprelin 29-da “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Zirə” görüşünə saat 20:30-da start veriləcək. Bu komandalar arasındakı ilk oyun qolsuz bitib.






Misli Premyer liqa