9 avqust 2026. Bazar günü

Qarabağ'ın zədəli futbolçusu 225 gün sonra matça çıxdı


Qarabağ'ın zədəli futbolçusu 225 gün sonra matça çıxdı
“Qarabağ”ın zədəsini sağaldan yarımmüdafiəçisi Xayme Romero 225 gün sonra yenidən əsas komandanın heyətində matça çıxıb. Corner.az xəbər verir ki, 31 yaşlı futbolçu bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində baş tutan “Qəbələ” ilə görüşün ikinci hissəsində meydana buraxılıb.
 
Xatırladaq ki, ispan futbolçu ötən ilin sentyabrında Konfrans Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində Bakıda İsveçrə “Bazel”inə qarşı oyunda (0:0) zədələnmişdi.
 
Əlavə olaraq bildirək ki, “Qarabağ” – “Qəbələ” oyunundan əvvəl topa ilk toxunuşu “Qarabağ” amputant futbol komandasının kapitanı Elnur Sadiqov edib. Qazilər və ümumi idmançılardan təşkil olunmuş “Qarabağ” amputant futbol komandası gələn ay avrokuboklarda iştirak edəcək.
 






Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı