9 avqust 2026. Bazar günü

Ağır məğlubiyyət oldu - Elmar Baxşıyev


Ağır məğlubiyyət oldu - Elmar Baxşıyev
"Çox danışmaq istəmirəm, ağır məğlubiyyət oldu". Corner.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev "Qarabağ"a 0:5 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
 
42 yaşlı mütəxəssis qarşıdakı 4 çempionat oyununda əllərindən gələnin ən yaxşısını etməyə çalışacaqlarını bildirib: "Müəyyən səbəblər var, onları müzakirə etmək istəmirəm. Əlbəttə, maddi məsələ barədə də danışmaq niyyətində deyiləm. Bu durum da bizi çox sıxır. İnanıram ki, hər şey yoluna qoyulacaq və toparlanaraq, ən yaxşısını edə biləcəyik".
 
Baxşıyev AFFA İcraiyyə Komitəsinin qərarlarını müzakirə etmək istəmədiyini vurğulayıb: "15-16 futbolçudan ibarət heyətimiz var. Onların zədəli-cəzalı olması oyunumuza təsir edir. İnanıram ki, bütün gücümüzü ortaya qoyaraq çempionatı başa çatdıra biləcəyik". (Report)






Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı