12 may 2026. Çərşənbə axşamı

Qarabağ və Zirə finalda!


Qarabağ və Zirə finalda!

Bu gün futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Corner.az xəbər verir ki, əvvəlcə “Qarabağ” doğma meydanda “Qəbələ” ilə qarşılaşıb. Ağdam klubu səfərdəki ilk matçda Qəbələ təmsilçisinə 3:1 hesabı ilə qalib gəlmişdi. “Köhlən atlar” cavab görüşündə də 5 cavabsız qolla qalib gələrək ilk finalçı olublar.

Yarımfinalın daha maraqla gözlənilən oyununda “Neftçi” doğma meydanda “Zirə”ni qəbul edib. İlk görüşdə qapılara qol vurulmaması bu matçın daha da maraqlı keçəcəyi gözlənilirdi.  Gərgin mübarizəli keçən cavab matçının əsas vaxtında tərəflər yenə qapıya yol tapa bilməyiblər. Əlavə vaxtda da hesab açılmadığından penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq olan “Zirə” finalda "Qarabağ"ın rəqibi olub.

Azərbaycan kuboku
Yarımfinalın cavab oyunları
29 aprel

Qarabağ – Qəbələ 5:0
Qol: R.Şeydayev, 5; 58. K.Borges, 13-pen; 17. L.Andrade, 37.
İlk oyun 3:1
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
“Azersun Arena”, 17:30.

Neftçi – Zirə 0:0 (penaltilər 2:4)
İlk oyun – 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov
“Bakcell Arena”, 20:30.







Misli Premyer liqa

"Araz-Naxçıvan"da ayrılıq
  • Misli Premyer liqa
  • 13:14 12.05.2026
"Araz-Naxçıvan"da ayrılıq
Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 12:12 11.05.2026
Premyer Liqada 200-cü oyun
Mövsümdə 2-ci dəfə
  • Misli Premyer liqa
  • 11:57 11.05.2026
Mövsümdə 2-ci dəfə
İkinci ispaniyalı
  • Misli Premyer liqa
  • 11:52 11.05.2026
İkinci ispaniyalı
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
  • Misli Premyer liqa
  • 11:46 11.05.2026
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
“Neftçi” “Şamaxı”ya şans vermədi
  • Misli Premyer liqa
  • 22:34 10.05.2026
“Neftçi” “Şamaxı”ya şans vermədi