12 may 2026. Çərşənbə axşamı

Finala vəsiqə bizə heçnə vermir - Rəşad Sadıqov


Finala vəsiqə bizə heçnə vermir - Rəşad Sadıqov
"İlk dəfə finalda çıxış edəcəyik. Futbolçularımı və azarkeşləri təbrik edirəm”. Corner.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Neftçi"ni penaltilər seriyasında üstələyərək, finala yüksəldikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib.
 
40 yaşlı mütəxəssis gərgin və maraqlı oyuna şahidlik etdiklərini bildirib: "Çox emosional oyun oldu. Daha ətraflı fikir bildirmək çətindir. Biirdik ki, ilk matçdakı ssenari davam edəcək. Buna uyğun hazırlaşmışdıq. Oyun meydanın mərkəzində getdi. İkinci hissədə üstünlük rəqibə keçdik. Sistemi dəyişdikdən sonra komanda sanki nəfəs aldı. Futbolçularımla fəxr edirəm ki, ilk hissədə və əlavə vaxtda daim hücumda oynadıq. Əsl kubok ab-havası var idi. Hər iki komanda qalib gələ bilərdi. Futbolçuları təbrik edirəm. Əzmkarlıq nümayiş etdirdilər".
 
Sadıqov məşqlərdə penaltilər üzərində işləmədiklərini də vurğulayıb: "Heç bir hazırlıq görməmişdim. Dünən məşqdə penaltilər seriyasının üzərində işələmək istədik. Amma sonra fikrimdən daşındım. Penaltini dünya ulduzları da qaçırır".
 
Baş məşqçi mayın 27-də "Qarabağ"a qarşı keçirəcəkləri final oyunu barədə düşünmədiklərini də əlavə edib: "Son həftəyədək final barədə heç nə fikirləşməyəcəyik. Finala vəsiqə bizə heç nə vermir. Hazırda ən vacib məsələ çempionat oyunlarına köklənməkdir". (Report)






Misli Premyer liqa

"Araz-Naxçıvan"da ayrılıq
  • Misli Premyer liqa
  • 13:14 12.05.2026
"Araz-Naxçıvan"da ayrılıq
Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 12:12 11.05.2026
Premyer Liqada 200-cü oyun
Mövsümdə 2-ci dəfə
  • Misli Premyer liqa
  • 11:57 11.05.2026
Mövsümdə 2-ci dəfə
İkinci ispaniyalı
  • Misli Premyer liqa
  • 11:52 11.05.2026
İkinci ispaniyalı
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
  • Misli Premyer liqa
  • 11:46 11.05.2026
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
“Neftçi” “Şamaxı”ya şans vermədi
  • Misli Premyer liqa
  • 22:34 10.05.2026
“Neftçi” “Şamaxı”ya şans vermədi