19 mart 2026. Cümə axşamı

Neftçi ən yaxşı oyunlardan birini keçirdi


Neftçi ən yaxşı oyunlardan birini keçirdi
"Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində “Zirə”yə qarşı keçirdikləri cavab oyunu ilə bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, penalti seriyasında uduzduqları (2:4) matçdan sonra bunları söyləyib:
 
“Alınmadı, nə edə bilərik? “Zirə”ni finala yüksəlməsi münasibətilə təbrik edirəm. İlk oyunla müqayisədə daha fəal və istəkli tərəf idik. İkinci hissəni və əlavə vaxtı meydanın rəqibə aid hissəsində keçirdik. Lakin "Zirə" yaxşı qapanmışdı. Çoxlu qol imkanımız olmasa da, təzyiqimizi qola çevirə bilməməyimizə üzülürəm. Özümüz üçün nə qədər üzücü olsa da, futbolçuları qınamalı bir məqam yoxdur. Futbolçularımdan həddindən artıq razıyam. Komandam ən yaxşı oyunlarından birini keçirdi. Ən yaxşı penalti vuranımız belə, hədəfdən yayına bilərdi. Bu, üzərində durulası məqam deyil. Komandamı təbrik etdim. Həddindən artıq istəkli idilər. Gələcəyə baxırıq. Daha da yaxşı olacağıq. Çox maraqlı bir şey var: pis oynadığımız görüşlərdə qalib gəlmişik. Burada isə yaxşı oynayıb uduzduq. Tyaqo Bezerra əlinə düşən qol imkanlarını dəyərləndirsəydi, bəlkə də sevinən tərəf biz olacaqdıq”.
 
Abasov "Neftçi"nin 85 illik yubileyində titulsuz qalmasına da toxunub: "Bunu istəməzdik. Həyat davam edir. Futbolda belə hallar da olur”.
 
"Neftçi"nin baş məşqçisi AFFA İcraiyyə Komitəsinin bu gün qəbul etdiyi qərarlara da münasibə bildirib. O, hər zaman limitə qarşı olduğunu söyləyib: "Qərarlarla tam tanış deyiləm. O vaxt da fikirləşirdim ki, bu, inkişafa mane olur. Həmin ərəfədə 2-3 jurnalisti çıxmaq şərti ilə, heç kim mənim fikrimlə razılaşmadı. Əməlli-başlı təzyiq oldu. İndi isə "Niyə limit ləğv olunmur" sualı verilir. Bu suallardan, qərarlardan danışası deyiləm. Bir dəfə fikir bildirdim, hamının patriotluğunu gördüm".






Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi