9 avqust 2026. Bazar günü

Azərbaycan Kuboku: Finalın məkanı müəyyənləşdi


Azərbaycan Kuboku: Finalın məkanı müəyyənləşdi
Futbol üzrə Azərbaycan kubokunda 2021/22 mövsümünün final matçının harada keçiriləcəyi müəyyənləşib. Corner.az xəbər verir ki, həlledici qarşılaşma Qəbələdə təşkil olunacaq.
 
Peşəkar Futbol Liqası bir neçə variantı nəzərdən keçirsə də, sonda Qəbələ şəhər stadionuna üstünlük verilib. PFL-in tezliklə bu barədə rəsmi açıqlama yayması gözlənilir.
 
Qeyd edək ki, bu mövsüm kubokun finalında “Zirə” və “Qarabağ” komandaları qarşılaşacaq. Həlledici matç mayın 27-də keçiriləcək.
 
Xatırladaq ki, ötən mövsüm “Keşlə” (indiki “Şamaxı”) ilə “Sumqayıt” arasında baş tutan final matçı Masazırda, “Bank Respublika Arena”da keçirilmişdi. Həmin matçda “Keşlə” 2:1 hesabıyla qalib gəlmişdi.






Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı