22 noyabr 2024. Cümə

"Qarabağ"ı keçsək, kubokdan dördəlli yapışacağıq" - Sənan Qurbanov


"Qarabağ"ı keçsək, kubokdan dördəlli yapışacağıq" - Sənan Qurbanov
Corner.az xəbər verir ki, "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov qol.az-a müsahibə verib. Ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Qarabağ" üzərində qazanılan qələbədən, Azərbaycan Premyer Liqasının 26-cı turunda "Səbail"lə keçirəcəkləri vacib qarşılaşmadan danışan gənc mütəxəssis maraqlı fikirlər səsləndirib.

- "Qarabağ" üzərində vacib qələbədən sonra komandada ab-hava necədir?

- Şükürlər olsun, hər şey normaldır. Artıq həmin oyun geridə qaldı. Növbəti matça hazırlaşırıq. Sıx qrafikda oynadığımız üçün daha çox bərpa prosesinə önəm veririk. Dünəndən "Səbail"lə oyunun hazırlıqlarına başlamışıq.

- Kubok matçına qədər çempionatda keçirdiyiniz son 4 oyunun hamısında "Qarabağ"a uduzmuşdunuz. Bu mövsüm "Qəbələ" üçün arzuolunmaz rəqibə qarşı komandanızı necə kökləyə bildiniz?

- Həmin dörd oyunun üçündə komandamız həqiqətən yaxşı mübarizə aparmışdı. Həmişə "Qarabağ" kimi komandaya qarşı taktiki cəhətdən səhv oynamamağa çalışırsan. Çünki onlar istənilən boşluğu tapıb, rəqibi cəzalandıra bilirlər. Analizlərdə də futbolçulara eyni səhvləri təkrarlamamağı tapşırmışdıq. Əlbəttə, bir rəqibə hər oyunda uduzmaq pis təsir edir. Bunları futbolçularımıza aşıladıq və bildirdik ki, gördüyümüz işə inanmaq lazımdır. Bilirsiniz ki, bu, hələ başlanğıcdır. Kubok oyunları fərqlidir, iki matçdan ibarət olur. İlk addımı atdıq. Qarşıda bizi lap ağır oyun gözləyir.

- Demək olarmı ki, "Qəbələ" artıq məsələnin 50 faizini həll edib?

- Evdə qol buraxmadan qalib gəlmək istəyirdik. Amma, bu, futboldur, indidən nəsə demək çətindir. Özünüz də görürsünüz ki, müasir futbolda nələr baş verir. Nəzərə alsaq ki, rəqib "Qarabağ"dır, vəziyyəti tam dərk edib, meydançada düzgün hərəkət etmək lazımdır. Futbolda, üstəlik kubokda bir oyunla hər şey bitmir. Yenə də sözümün üstündə dururam ki, qarşıda bizi çox ağır, mübarizəli oyun gözləyir. Konsentrasiyamız maksimum dərəcədə olmalıdır.

- "Qəbələ" bundan əvvəl 3 dəfə ölkə kubokunda final oynayıb və heç birində qalib gələ bilməyib. Komanda artıq həlledici oyunun bir addımlığındadır. Necə düşünürsünüz, bu dəfə alınacaq?

- Həqiqətən 3 dəfə titulun bir addımlığında olmuşuq. Ancaq heç bir finalda qələbə qazana bilməmişik. Klub olaraq, titul qazanmaq istəyirik. Bu yöndə çalışırıq. Amma "Qarabağ" səddi var. Bunu aşa bilsək, bizim üçün daha böyük stimul olacaq. Çünki inamımız artacaq. Dördüncü dəfə uduzmaq istəməyəcəyik. "Qarabağ"ı keçə bilsək, kubokdan dördəlli yapışacağıq.

- Yarımfinal mərhələsinin digər oyununda "Sumqayıt" və "Zirə" komandaları qolsuz heç-heçəyə razılaşdılar. Əgər "Qarabağ"ı keçsəniz, finalda hansı komandanı görmək istərdiniz?

- Gərək əvvəlcə "Qarabağ"ı keçək. Sonra bu haqda danışmaq olar. İnanırsınız, hələ ki, əsas fikrim "Səbail"lə oyundadır. Başqa şey düşünmək istəmirəm.

- "Səbail"lə oyundan söz düşmüşkən, bu barədə nə deyə bilərsiniz?

- Rəqibdən 2 xal geridəyik. Bizi daha çox qələbə maraqlandırır. Həftəlik proqramımız var, o çərçivədən kənara çıxmırıq. Hazırlıqlarımız davam edir. Futbolçular öz işlərinə peşəkarcasına yanaşırlar. Futbolda belə bir deyim var ki, sən ona necə yanaşsan, o da sənə elə qayıdar. Çempionat oyunudur. Hər iki tərəf üçün vacib qarşılaşmadır. 3-cü yeri tutmaq istəyirik. Sona qədər mübarizə aparacağıq. Çalışacağıq ki, alınsın.

- Kubok, yoxsa çempionatda bürünc medallar? Hansını daha vacib sayırsınız?

- Hər ikisində mübarizəmizi davam etdiririk. Ona görə də birini digərindən ayıra bilmərik. Əsas odur ki, işə düzgün yanaşaq. Elə də geniş heyətimiz yoxdur. Çalışırıq ki, bərpa prosesini düzgün keçək. Sıx qrafikda futbolçularımız həm yorulmasınlar, həm də zədələnməsinlər.

- "Qarabağ" üzərində qələbədən sonra futbolçularda arxayınlıq olacağından ehtiyatlanmırsız?

- Qətiyyən buna görə narahat deyiləm. "Qarabağ"la oyundan sonra da çox sakit idik. Bilirik ki, görüləsi işlər qabaqdadır. Buralara dişimiz-dırnağımızla gəlmişik. Bizə vaxt lazım idi. Deyərdim ki, həmin zamanı yaxalamışıq. Bundan düzgün istifadə etmək istəyirik. Hiss edirəm ki, kollektivdə hamı birləşib. Bu, məni sevindirən amildir. Bu yöndə işləyirik ki, futbolçular arxayınlaşmasınlar. İclasımız olacaq. Orada da futbolçularla bu barədə danışacağıq.

- Bir neçə gün öncə prezident vəzifəsində olan dəyişikliyə də münasibətinizi bilmək istərdim...

- Tale müəllim bir neçə il klubun prezidenti işlədi. Ona öyrəşmişdik. Fariz müəllim də daim komandanın yanındadır. Bəlkə də tanımadığımız bir adam prezident təyin olunsaydı, bizə pis təsir edərdi. Amma Fariz müəllimin təyinatı bizi daha çox sevindirdi. Çünki daim komandanın içində olub, tanıdığımız insandır. İndi də öz dəstəyini əsirgəmir. Komanda ilə maraqlanır. Onun prezident olmağı müsbət haldır.







Misli Premyer liqa

"Kəpəz"in futbolçusu əməliyyat olunub
  • Misli Premyer liqa
  • 14:59 21.11.2024
"Kəpəz"in futbolçusu əməliyyat olunub
Yunis Hüseynov “Turan Tovuz”da
  • Misli Premyer liqa
  • 15:13 13.11.2024
Yunis Hüseynov “Turan Tovuz”da
Cavid Hüseynov rəsmən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:36 12.11.2024
Cavid Hüseynov rəsmən "Səbail"də
Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 10:00 11.11.2024
Premyer Liqada 200-cü oyun
Son beş ildə 3-cü dəfə
  • Misli Premyer liqa
  • 09:57 11.11.2024
Son beş ildə 3-cü dəfə
35 turdan sonra
  • Misli Premyer liqa
  • 09:56 11.11.2024
35 turdan sonra