1 avqust 2026. Şənbə

Qarabağ çempionluğunu rəsmiləşdirdi


Qarabağ çempionluğunu rəsmiləşdirdi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 25-ci tura start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Şamaxıda eyniadlı komanda “Səbail”lə üz-üzə gəlib. Bu oyunda qapılara ümumiyyətlə qol vurulmayıb.

Digər qarşılaşmada lider “Qarabağ” doğma meydanda “Sabah”ı qəbul edib. 58 xala malik olan “köhlən atlar”a çempionluğu rəsmiləşdirmək üçün heç-heçə də kifayət edirdi. 35 xalla “Qəbələ” ilə birlikdə 4-5-ci yerləri bölüşdürən qonaqlar isə avrokubok iddiasını davam etdirmək istəyirdi. Qarşılaşmada qalib müəyyənləşməyib və Ağdam klubu tarixində 9-cu dəfə Azərbaycan çempionu olub.

Azərbaycan Premyer Liqası, XXV tur
3 may

“Şamaxı” – “Səbail” 0:0


“Qarabağ” – “Sabah” 1:1
Qol: K.Borges, 47 - K.Da Silva, 60.
Qırmızı vərəqə: P.Andrade, 59.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı. 
“Azersun Arena”







Misli Premyer liqa

"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı