19 mart 2026. Cümə axşamı

İlk üçlüy'ə düşmək olardı


İlk üçlüy'ə düşmək olardı
"Rəqibi layiqli çempionluq münasibətilə təbrik edirəm. Bu mövsüm ən güclü komanda idilər. Parlaq şəkildə avrokuboklarda çıxış etmişdilər. Çox yaxşı iş görüblər". Corner.az xəbər verir ki, bunu "Sabah" klubunun baş məşqçisi Murad Musayev səfərdə "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın XXV tur matçından sonra mətbuat konfransında deyib.
 
Rusiyalı mütəxəssis bildirib ki, Ağdam təmsilçisinin futbolçusu Patrik Andrade meydandan qovulanadək rəqib bizdən daha yaxşı və aqressiv oynayırdı. Amma futbol bu cür şeylərlə gözəldir. Bir qovulma hər şeyi dəyişə bilər. Qırmızı vərəqədən sonra qol vura bilərdik. Düşünürəm ki, oyun azarkeşlərin xoşuna gəldi. Çoxlu emosiya var idi".
 
Onun sözlərinə görə, komandası ilk hissədə cəld oynamırdı: "Rəqib asanlıqla pressinq edib topu bizdən alırdı. Bu komandaya qarşı daha aqressiv oynamaq lazımdır. Gəlin, səmimi olaq. "Qarabağ" 60 dəqiqə bizdən daha yaxşı oynadı. Nəticənin ədalətsiz olduğunu deyə bilmərəm. Rəqib azlıqda qalsa da, təhlükəli epizodlar yaratdı. Bir xal bizim üçün də önəmli idi".
 
Musayev rəqibin Çempionlar Liqasında çıxışını proqnozlaşdırıb: "Hələlik nəsə demək çətindir. Qrupa düşmək üçün müəyyən mərhələlər keçməlidilər. Qrupa düşməyə qadirdirlər. "Qarabağ" evdə hər rəqibi uda bilər. Bu "Qarabağ"la mübarizə aparmaq çox çətindir. Bəlkə də ilk "üçlüy"ə düşmək olardı"






Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi