19 mart 2026. Cümə axşamı

AFFA Ramal Hüseynovla bağlı şikayəti təmin etmədi


AFFA Ramal Hüseynovla bağlı şikayəti təmin etmədi
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Səbail” klubunun apellyasiya şikayətini təmin etməyib. Corner.az xəbər verir ki, İntizam Komitəsinin (İK) aprelin 8-də "dənizçilər"in seleksioneri Ramal Hüseynov barəsində verdiyi 2 il müddətinə yarışlardan kənarlaşdırılma cəzası qüvvədə saxlanılıb.
 
38 yaşlı mütəxəssis stadiona giriş qadağası olmasına baxmayaraq, Gənclər Liqasında "Qarabağ"la oyunda meydana daxil olub və hakimlər briqadasını təhqir edib. O, daha əvvəl ROFM klubu ilə matçda hakimi təhqir etdiyi və referiyə hədə-qorxu gəldiyi üçün 15 matçlıq cəza almışdı.
 
Xatırladaq ki, Ramal Hüseynov 2001-ci ildə yığmanın formasını geyinib. O, müxtəlif vaxtlarda "Qarabağ", "Neftçi", "Turan", "Kəpəz" klublarının, həmçinin Türkiyədə "Kocaelispor"un şərəfini qoruyub.
 
Apellyasiya Arbitraj Tribunalı EFA komandası tərəfindən verilmiş apellyasiya şikayətini də təmin etməyib. İntizam Komitəsinin 08.04.2022-ci il tarixdə EFA komandasının baş məşqçisi Vüsal Mustafayev barəsində verdiyi 1 il 6 ay müddətinə futbol ilə əlaqədar hər hansı fəalliyətlə məşğul olmaq hüququndan məhrum edilməsi barədə cəzası qüvvədə saxlanılıb.






Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi