9 avqust 2026. Bazar günü

Nəticə oyuna görə olmadı


Nəticə oyuna görə olmadı
"Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, 0:3 hesabıyla uduzduqları oyundan sonra bunları deyib:
 
“Oyun bizim üçün gözlədiyimdən daha yaxşı başladı. İlk hissəni böyük üstünlüklə keçirdik, qol imkanlarımız oldu. Ancaq iki dəfə əks-hücumdan sonra qollar buraxdıq. Bundan sonra hesabı dəyişmək çətinləşdi. Cəhd etdik, amma rəqibin əzmkar, intizamlı müdafiəsini yara bilmədik. Sanki nəticə gedişata görə olmadı. Oyunun ağır olacağını gözləyirdik. 4 gün əvvəl 120 dəqiqəlik ağır oyun keçirmişdik. Hazırlaşmaq çətin idi. İkinci hissədə rəqib böyük əzmkarlıq göstərdi və sonluğu qoymağa imkan vermədi. Layiqli qələbə qazandılar. Bundan sonra Avropaya iki yer uğrunda 3 komandanın dəhşətli mübarizəsi gedəcək.
 
Oyundan narazı qala bilmərəm. İlk hissədə belə dominant oynamaq yaxşı göstəricidir. Amma bunu nəticəyə çevirə, müdafiədə daha diqqətli ola bilsəydik, oyun başqa cür olardı. Nəticə bizi qane etmədi”.
 






Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı