30 yanvar 2026. Cümə

Qəbələ'nin iki futbolçusu üçün yubiley matçı


Qəbələ'nin iki futbolçusu üçün yubiley matçı
"Qəbələ” Azərbaycan Premyer Liqasında 80-ci səfər qələbəsini qazanıb. Corner.az xəbər verir ki, bu, 25-ci turun “Zirə” ilə görüşünə təsadüf edib. “Qırmızı-qaralar” Bakıda 3:0 hesabı ilə qalib gəlib.
 
Bu, “Qəbələ”nin çempionatda rəqib meydanlarında keçirdiyi 233-cü qarşılaşmada gerçəkləşib. Digər matçlarda 57 heç-heçəsi olan “qırmızı-qaralar” 96 dəfə uduzub.
 
“Qəbələ”nin Premyer Liqada ilk səfər qələbəsi 2006/07 mövsümünə təsadüf edib. 2006-cı il avqustun 26-da bu komanda Qusar “Şahdağ”ını 1:0 hesabı ilə məğlubiyyətə uğradıb.
 
Bu oyun “Qəbələ”nin kapitanı Asif Məmmədov üçün əlamətdar olub. O, Premyer Liqada 150-ci dəfə sözügedən klubun formasını geyinib. 90 dəqiqə meydanda olan futbolçu 3:0 hesablı qələbəyə sevinib.
 
Asif “Qəbələ”nin heyətində 2006/07 mövsümündə debüt edib. 8 illik fasilədən sonra 2015-ci ilin yayında komandaya dönən oyunçu indiyədək 150 çempionat matçında 13 qola imza atıb. Kapitan “qırmızı-qaralar”ın Premyer Liqada ən çox oyun keçirən futbolçuları arasında yalnız Ürfan Abbasovdan geri qalır.
 
Yeri gəlmişkən, Ürfan Abbasov da “Qəbələ”nin heyətində Premyer Liqada 200-cü oyununu keçirib. “Zirə” ilə səfər matçına qədər çempionatda 199 dəfə “qırmızı-qaralar”ın formasını geyinən vitse-kapitan yubiley görüşünə start heyətində çıxıb. Lakin zədələnən Abbasov 34-cü dəqiqədə əvəzlənib.
 
“Qəbələ”nin tarixində həm ümumi, həm də çempionatdakı oyun sayında rekordçu olan Ürfan 2012-19-cu illərdə çıxış etdiyi komandaya cari mövsümün startı öncəsi qayıdıb. O, Premyer Liqadakı 200 matçda 4 qol vurub.






Misli Premyer liqa

"Şamaxı" onunla yollarını ayırıb
  • Misli Premyer liqa
  • 19:02 30.01.2026
"Şamaxı" onunla yollarını ayırıb
“Sumqayıt" və “Qəbələ”dən qələbə
  • Misli Premyer liqa
  • 18:59 30.01.2026
“Sumqayıt" və “Qəbələ”dən qələbə
“Sabah”dan "Şamaxı"ya
  • Misli Premyer liqa
  • 18:47 28.01.2026
“Sabah”dan "Şamaxı"ya
"Sabah" onunla yollarını ayırıb
  • Misli Premyer liqa
  • 13:37 26.01.2026
"Sabah" onunla yollarını ayırıb